Promoservice DPP xəritədə

Promoservice DPP

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 68 AZ1000 *** 0 səs

Promoservice DPP haqqında

Promoservice.az olaraq promo məhsullar ilə yanaşı, eyni zamanda müxtəlif dizayn xidmətləri də təklif edirik. Dizayn xidmətlərimiz də məhsullarımız kimi geniş çeşidlidir və biznesinizin tanınması, xidmət və məhsullar bazarında şirkətinizin dayanıqlı, etibarlı, həmçinin daim inkişafda olan bir imicinin yaranmasına bilavasitə yardımçı olmağı hədəfə almışdır. Müasir iqtisadi münasibətlər mühitindəəsas amillərdən olan təsirli, gözoxşayan və yaddaqalan tərtibatın olması tələbi müştərilərdə bu amilə tələbat, bizdə isə həmin tələbatı ödəmək istiqamətində fəaliyyət məsuliyyəti yaradır. Peşəkarlardan ibarət olan komandamız çalışdığı sahənin xüsusiyyətlərini və tələblərini dərindən öyrənərək, edilən hər bir müraciət və sorğuya yüksək səviyyədə cavab verərək, hər bir müştərinin məmnunluğunu, xidmətlərimizdən razı qalmasını təmin etməyə çalışır. Bu gün biz müraciət edən hər bir müştəriyə aşağıdakı dizayn xidmətlərimizi təklif edirik: - loqotip dizaynı: Hər bir şirkət özünəməxsus emblemə malik olmalıdır. Bu emblem loqotip adlanır və şirkət haqqında ilk təəssürat yarada biləcək bir amildir. Loqotip tez qavranılan, tez oxuna, başa düşülə bilən olmalıdır və şirkətin fəaliyyət göstərdiyi sahə haqqında müəyyən element, yaxud elementləri özündəəks etdirməlidir. Onu da qeyd edək ki, loqotip konkret müəyyən edilmiş ölçü nisbətinə malik olmalıdır. - firma üslubunun hazırlanması: Firma üslubu müasir anlayışda korporativ üslub adlanır. Korporativ üslub özündə şirkətin loqotipini, həmçinin korporativ rəngini və ya rənglərini birləşdirir. Korporativ rəng digər atribut və simvollarda olduğu kimi, müəyyən məna daşıyır və şirkətin fəaliyyətindəəsas tutduğu prinsiplərdən xəbər verir. Korporativ üslub şirkətin korporativ məhsullarında qabarıq nəzərə çarpır. Bu məhsullara firma blankını, zərfləri, vizit kartlarını və s. aid etmək olar. - reklam-poliqrafiya məhsullarının dizaynı: Bu xidmət sahəsində müştərilərimizə onların fəaliyyətlərində ehtiyac duyduqları bütün növ reklam-poliqrafiya məhsullarının dizaynını təklif edir. Dizayn etdiyimiz siyahısında firma blankları, zərflər, vizit kartları, əl elanları-flayerlər, bukletlər, broşürlər, kataloqlar, posterlər, yapışqanlı etiketlər, etiketlər, təqvimlər, qovluqlar, karton çantalar, karton qutular, bloknotlar, açıqcalar, işgüzar dəvətnamələr, CD/DVD üçün karton qabları və s. poliqrafiya məhsullarını görmək olar. Dizaynerlər qrupumuzun işindən məmnun qalmağınız bizi daha da həvəslə çalışmağa sövq edir. - reklam lövhələrinin tərtibatı: Hər hansı bir biznesin inkişafında əsas amillərdən biri reklam və reklam lövhələridir. Reklam lövhələri pərakəndə satış, həmçinin ictimai iaşə obyektlərinin işində isə daha böyük rol oynayır. Mağazanın, kafe, yaxud restoranın gözoxşayan outdoor reklamının olması oraya müştəri axınının daha da artmasına şərait yaradan əsas amillərdən biridir. Biz məhz bu müştəri axınını təmin edən gözoxşayan, müasir outdoor reklamların tərtibatını təklif edirik. Gələn müştərilərin məmnunluğunun təmin olunması isə artıq sizlərin müştərilərinizə xidmətinizdən asılıdır. - promosyon vasitələrin tərtibatı: İstənilən bir sahədə fəaliyyət göstərən hər bir şirkətin daha böyük inkişaf etməsi, onun tanınması düzgün aparılan promosyon fəaliyyətindən, şirkətin tanınması üçün aparılan promosyon fəaliyyətində promosyon məhsullarının uyğun seçilməsindən və seçilmiş məhsulun yaddaqalan, gözoxşayan tərtibatından çox asılıdır. Biz promosyon məhsulları ilə yanaşı, onların dizaynını da təklif edirik.