AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi xəritədə

AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi

Bakı, Binəqədi rayonu, Azadlıq prospekti, 161 AZ1130 *** 2 səs

AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi haqqında

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi 1991-ci ilədək, yəni SSRİ dağılanadək partiya arxivi adlandırılan indiki Siyasi Sənədlər Arxivi partiya strukturunda fəaliyyət göstərirdi. Həmin ildən etibarən arxiv Azərbaycan Respublikası Nazirlər Kabineti yanında baş Arxiv İdarəsinin tabeliyinə verilmiş və bu tabeçilik 2007-ci ilin iyun ayınadək davam etmişdir. İyun 2007-ci ildən arxiv Respublika Prezidentinin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Siyasi Sənədlər Arxivinin fəaliyyəti

  • Arxiv Fondunda saxlanılan dövlət əhəmiyyətli sənədlərin mühafizəsini təmin etmək;
  • Planlı və elmi cəhətdən əsaslandırılmış qaydada arxivin sənədlərini düzgün komplektləşdirmək;
  • Arxivin uçotu və elmi-məlumat aparatı sistemini inkişaf etdirmək və təkmilləşdirmək;
  • Arxiv sənədlərinin elmi cəhətdən araşdırılmasını, hərtərəfli istifadəsini və nadir sənədlərin nəşr edilməsini təmin etmək;
  • Arxivşünaslıq, sənədşünaslıq, arxeoqrafiya, komplektləşdirmə mənbəyi olan sənədlər üzrə elmi-tədqiqat işləri aparmaq;
  • Qabaqcıl dünya arxivlərinin iş təcrübəsini öyrənmək və onlardan istifadə etmək;
  • Oxucuların və tədqiqatçıların sifarişi ilə onlara müqavilə yolu ilə ödənişli xidmətlər göstərmək - (mövzulara uyğun) arxiv sənədləri toplamaq, kitabxana xidmətindən istifadə edib oxucuların sifarişini yerinə yetirmək, sifariş yolu ilə onların kserosurətlərini çıxartmaq.
  • Arxivdə toplanmış Milli Arxiv Fondu sənədlərini qorumaq, saxlanılan sənədlərin ekspertizasını keçirmək, onların dövlət uçotunu aparmaq, eləcə də onların bərpasını, cildlənməsini, zərərvericilərdən qorunmasını və təmizlənməsini təmin etmək;

Arxiv Dövlət İdarələrinin, ictimai təşkilatların, müəssisələrin sorğularını icra edir, müəyyən olunmuş qaydada onlara sənədlərin surətini, vətəndaşlara isə sosial-hüquq xarakterli arayışlar verir.Siyasi Sənədlər Arxivi qanunla müəyyən olunmuş qaydada, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin razılığı ilə xarici təşkilatların və vətəndaşların sorğularını icra edir,qiymətli sənədlərin, eləcədə müxtəlif mövzularda sənədlərin sərgilərini təşkil edir;