Premier Tour xəritədə

Premier Tour

Bakı, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 156 B AZ1000 *** 1 səs

Premier Tour haqqında

Premier Tour şirkəti işgüzar və fərdi turizm sahəsində yerli və xarici şirkətlərin ehtiyaclarını yüksək keyfiyyətlə ödəmək iqtidarında olan böyük təcrübəyə malik mütəxəssislər tərəfindən yaradılmışdır.Premier Tour işgüzar səfərlərin idarə edilməsi sahəsində ən geniş xidmətləri sizə təklif edir. Bizim müştərilərin öz ehtiyaclarına uyğun istənilən xidmətləri seçə bilərlər. Premier Tour-da hər bir müştəri müraciətinə xüsusi, fərdi yanaşmanın olduğunu hiss edəcək. Əməkdaşlarımız səfərlərinizi ən effektiv şəkildə planlaşdırmanıza və büdcənizə uyğun hazırlanmasına yardım edəcək və lazımi məsləhətlər verəcəklər.

Premier Tour xidmətlərini ən rahat və yüksək səviyyədə həyata keçirməsi üçün müasir texnologiyalar, proqram təminatı və sairə kimi məlumat ötürülməsi vasitələrindən istifadə edir.Bizimlə əməkdaşlıq etmənin üstünlükləri:

  • Təkrarolunmaz və yüksək keyfiyyətli xidmət
  • Təcrübəli və peşəkar mütəxəssislərin sayəsində rahat və arxayın səfər paketinin hazırlanması
  • Ən sərfəli qiymət təklifləri
  • Ən geniş çeşiddə olan bütün növ səfər xidmətləri.

Xidmətlərimiz

  • Dünyanın və MDB-nin bütün nöqtələrinə aviabiletlərin satışı və rezervasiya olunması;
  • Otel rezervasiyaları, Azərbaycan daxili və xarici
  • Viza alınması
  • Marşrutların optimal planlaşması;
  • Avtomobillərin kirayəsi, çatdırılma və şəxsi sürücü xidmətləri
  • Avropada sərnişin qatarları və avtobuslarına biletlərin rezervasiyası,
  • Müxtəlif ödəniş növləri – nəğd, köçürmə, kredit kartla;
  • Korporativ müştərilərə xüsusi güzəştlər;
  • Aviabiletlərin ünvanına pulsuz çatdırılması;
  • Səyahət dövrü siğortalanmasının bütün növləri;
  • Avibiletlərin telefon, e-mail və faks vasitəsilə rezervasiya olunması;