Porsche Baku Center xəritədə

Porsche Baku Center

Bakı, 8-ci km., Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 7 AZ1060 *** 3 səs

Porsche Baku Center haqqında

Porsche Baku Center şirkəti Porsche AG-in Azərbaycanda fəaliyyət göstərən rəsmi dileridir. Porsche AG alman şirkətidir. Bu şirkət idman maşınlarının istehsalı, onların dizayn xidmətləri və maliyyə məsələlərinin həlli ilə məşqul olur. Porsche AG dünyada ən çox gəliri olan avtomobil şirkətidir. 2010-cu ildə bu avtomobillər ən təhlükəsiz və etibarlı avtomobillər seçilmişdirlər. Yüksək təbəqəli sinif üçün İdman avtomobilləri istehsal edən şirkətin il boyu dövriyyəsi olduqca böyükdür. Şirkət az yanacaq istifade edən avtomobillər və ya orta sinifə aid sedanlar istehsal etmir, çünki bu marka gəliri yüksək olan alıcılar üçündür. Porsche modelləri yüksək sinifdən başlayaraq sporkar və kabrioletə qədər avtomobilləri əhatə edir. Geniş və özünəməxsus dizaynı ilə Porsche maşınları Azərbaycan ərazisində şöhrət qazanıblar. Avtomobillərə vaxtı vaxtındaqulluq və texniki baxışın vaxtında aparılması,zəmanətin verilməsi bu modellerin istehlakçı qiymetini hər zaman yüksəkdə saxlayır. Mərkəzdə servis və texniki baxışın şirkətin özü tərəfindən vaxtında aparılması həyata keçirilir. Bu da alıcıların gələcəkdə bu avtomobillərə minimum xərclər sərf etməsinə dəlalət edir.