Siyasi Texnologiyalar Mərkəzi Azərbaycanda siyasi texnologiyaları sahəsində fəaliyyətə başlayan ilk təşkilat olmuşdur, bu gün də bu sahənin lideridir. 16 illik tarixi boyu STM nümayəndələri bir çox uğurlu layihələr həyata keçirmiş, ölkədə və xaricdə keçirilən müxtəlif səviyyəli tədbirlərdə iştirak etmiş, yüzlərlə analitik məqalələr və arayışlarla çıxış etmişdilər.Siyasi Texnologiyalar Mərkəzi seçki kampaniyalarının təşkili sahəsində siyasət subyektlərinə öz xidmətlərini təklif edir. Bundan savayı, STM siyasət subyektlərinin reytinqinin öyrənilməsi, reytinqin yüksəldilməsi üzrə məsləhətlər təqdim edir. STM həmçinin illik müqavilə əsasında siyasət subyektinə daimi siyasi konsaltinq xidmətləri göstərir.