Plast Group xəritədə

Plast Group

Bakı, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi, 12 AZ1065 *** 0 səs

Plast Group haqqında

“Plast group” şirkəti kotteclər, kottec qəsəbələri, şəhərkənarı evlər üçün yerli kanalizasiya sistemlərinin tikilməsi üçün nəzərdə tutulan avadanlıqların satışı ilə məşğuldur. Şirkət tərəfindən təklif olunan avadanlıqlar məişət və sənaye tullantı sularının bioloji təmizlənməsi üçün nəzərdə tutulub. Bu sistemlər eyni zamanda yerli təmizləyici qurğular və ya yerli təmizləyici sistemlər adlanır. Yerli kanalizasiya sistemləri ya bioloji təmizləmə metodlarından istifadə edən stansiyaya ya da adi septiklərə əsaslanır. Yerli təmizləyici sistemlərə əlavələr kimi aşağıda qeyd olunan avadanlıqlar daxildir: yerli kanalizasiya stansiyalarının nasosları, yağ separatorları (yağ saxlayıcılar), təmizləmə sistemləri, ultrabənövşəyi və kimyəvi yağsızlaşdırıcı avadanlıqlar. “Plast group” avadanlıqları məişət və sənaye təyinatlı axar suların təmizlənməsi və ayrılması üzrə mühüm tapşırıqların həlli üçün imkanlar yaradır. Mərkəzi kanalizasiya sistemi olmayan ərazilərdə bu çox faydalı variantdır. Şəhər kənarı evlər və ya bağlar üçün nəzərdə tutulan belə bir kanalizasiya sistemləri özü axar suyun təmizləyici stansiyalarından, onun yağsızlaşdırılması üçün əlavə avadanlıqlarda, axar suyun ayrılması üçün cihazdan, drenajdan, əlavə filtrasiyadan ibarətdir. “Plast group” şirkəti müvafiq qiymətə sizin tələblərinizə müvafiq olaraq, yüksək keyfiyyətli xidmətlər həyata keçirir.