Pik Palace Şahdağ xəritədə

Pik Palace Şahdağ

Bakı, Səbail rayonu, Neftçilər prospekti, 153 AZ1010 *** 2 səs

Pik Palace Şahdağ haqqında

Pik Palace Şahdağ Oteli Bakıdan 200 kilometr şimalda, Şahdağ Dağlıq Kurortunda yerləşən dəbdəbəli məkandır. Əzəmətli dağlar arasında yerləşən Pik Palace Şahdağ Oteli cütlüklər, ailələr və fərdi qonaqlar üçün 167 geniş qonaq və lüks otağlarla maksimum rahatlığı təmin edir. Pik Palace Şahdağ Otelinin restoran, bar və istirahət guşələri dağların əhatəsində Sizə xoş təəsüratlar almaq üçün geniş şərait yaradacaqdır. Pik Palace Şahdağ Otelinin Chocolat Cafe, Alpina Brasserie & Wine Bar, Fujisan Asian Restaurant and Bar, o cümlədən Pik Lounge qonaqların ləziz təamlar dadmağına şərait yaradacaqdır. Pik Palace Şahdağ Otelinin rekreasiya obyektlərinə yüksək texnologiya ilə təchiz edilmiş The Club, sauna, qapalı üzgüçülük hovuzu, isidilmiş hovuz, cakuzi, o cümlədən aromaterapiya, massaj və bədən müalicəsi də daxildir.

İstirahətin ünvanı Pik Palace Şahdağ

Pik Palace Şahdağ Otelinin çox funksiyalı iclas avadanlıqları, bütün tələblərə cavab verən kiçik həcmli yığıncaqlardan yüzlərlə insanın toplaşdığı konvensiyalara qədər müxtəlif məkan və qiymətlər təklif edir. Kurort Sizə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dünya standartlarına cavab verən xizək sürmə kompleksi, mədəni irsdən və yüksək səviyyəli xidmətlərdən zövq almağa imkan yaradır. Şahdağ Milli Parkının mərkəzində yerləşən və 130,508 hektar ərazini əhatə edən, keçilməz dağları və büllur kimi şəffaf dağ çaylarının yaratdığı ecazkar mənzərəli Pik Palace oteli sizə gündəlik həyatın stresindən uzaqlaşmaq üçün ekstravaqant şərait, təkrarolunmaz mətbəx, dəbdəbəli Spa və sağlamlıq mərkəzləri, nəzakətli xidmət və il boyu istirahət təklif edir. Pik Palace Oteli sıradan bir kurort oteli deyildir.