Fəlsəfi Maarifləndirmə Assosiasiyası xəritədə

Fəlsəfi Maarifləndirmə Assosiasiyası

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31A AZ1143 *** 2 səs

Fəlsəfi Maarifləndirmə Assosiasiyası haqqında

Fəlsəfi Maarifçilik Assosiasiyası" İctimai Birliyi - Azərbaycan elminin və mədəniyyətinin inkişafına və daha geniş miqyasda tanınmasına ictimai dəstək göstərmək istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.Təşkilatın başlıca məqsədi Azərbaycanda fəlsəfi biliklərin inkişaf etdirilməsinə və cəmiyyət içərisində geniş yayılmasısına ictimai dəstək göstərməkdən ibarətdir.Assosiasiya qarşısında qoyduğu məqsədə çatmaq üçün dünya fəlsəfi irsini Azərbaycan cəmiyyətində təbliğ etmək, Azərbaycan fəlsəfəsininin nailiyyətlərini xarici ölkələrdə yaymaq, Azərbaycanın sosial və mənəvi inkişafından doğan fəlsəfi və sosial problemlərin həllində iştirak etmək, fəlsəfənin ümumi elmi-metodoloji funksiyalarının araşdırılmasına dəstək vermək vəzifələrini həyata keçirməyə çalışır.

Təşkilatın fəaliyyət formaları

  • Xarici ölkə və Azərbaycan alimləri ilə qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsi;
  • Beynəlxalq və ölkə əhəmiyyətli müvafiq tədbirlərdə Azərbaycanın təmsil edilməsi;
  • Beynəlxalq, regional və ölkə miqyaslı seminarların, konfransların və simpoziumların keçirilməsi;
  • Müvafiq mətbuat konfranslarının keçirilməsi;
  • müxtəlif mətbu nəşrlərin təsis olunması.

Fəlsəfi Maarifçilik Assosiasiyasının fəaliyyəti

Fəlsəfi Maarifçilik Assosiasiyasının ilk tədbiri 2005-ci ildə "Platonun "Ziyafət" əsəri üslubunda fəlsəfi improvisasiya" adlı diskussiya olmuşdur. Diskussiyanın başlıca mövzusu Platonun "Ziyafət"ində olduğu kimi məhəbbət, məhəbbətin fəlsəfi və poetik anlamları olmuşdur.Fəlsəfi Maarifçilik Assosiasiyası 2005-ci ildən başlayaraq dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və yayılmasında iştirak etmişdir. Assosiasiyanın rəhbəri Adil Əsədov alman filosofu Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” adlı əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" (Will Durant. The Story of Philosophy. The lives and Opinions of the Grater Philosophers, N.Y, 1933) əsrini Azərbaycan dilinə tərcümə etmişdir.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşma dövründən başlayaraq Assosiasiya Şuranın işində yaxından iştirak etmişdir və Şurasın himayəsi altında iki layihə həyata keçirmişdir.