Peyk zavodu xəritədə

Peyk zavodu

Bakı, Keşlə qəsəbəsi, Nizami rayonu, 6 AZ1029 *** 0 səs

Peyk zavodu haqqında

Çoxlaylı çap lövhələri istehsal edən Peyk zavodu 1993-cü ildə Fransanın M.U.P. İndustrie G.İ.E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993-2005-ci illər ərzində Peyk zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.2006-cı ildən Peyk zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və s.

"PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri

  • birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı;
  • əyilgən çap lövhələrinin istehsalı;
  • sərt-əyilgən çap lövhələrinin istehsalı.

Peyk zavodunun məhsulları üxtəlif növ çap lövhələridir. İllik istehsal gücü 60 000 m2 çap lövhəsi.Peyk zavodunun texnoloji imkanları aşağıdakılardır:

Əsas istehsalat

  • "BARCO" işçi stansiyası;
  • fotoşablonların hazırlanması sahəsi;
  • pəstah sahəsi;
  • mexaniki sahə;
  • fotomexanika sahəsi;
  • qalvanik örtük sahəsi;
  • qoruyucu örtükləmə sahəsi;
  • setkoqrafiya sahəsi;

Köməkçi istehsalat

  • mikroiqlim sahəsi;
  • elektrik stansiyası;
  • təmir və texniki xidmət sahəsi;
  • təmizləmə qurğuları.