MediClub pediatriya xidməti Azərbaycanda aparıcı klinikalardan biridir. Onun tərkibində 16 həkim pediatr vardır ki, onlardan dördü tibb elmləri namizədidir. Uşaq təbabətinin müxtəlif istiqamətlərində fəaliyyət göstərən ölkənin ixtisaslı həkim mütəxəssisləri və aparıcı xarici məsləhətçiləri bizimlə əlaqəli işləyir .
Bizim pediatrlar uşaqlara ev şəraitində və klinikada təcili ambulator, profilaktik və stasionar xidməti, uşaqlara yenidəndoğulma dövründən 16 yaşadək patronaj xidməti göstərir. İl ərzində pediatrik xidmətə müraciətlərin sayı 70 minə qədərdir.Təcili yardın həkimləri Sizin evə gələrək uşağınıza professional tibbi yardım göstərərlər. Onlar Sizin uşağınızı müayinə edib müalicə planı yazarlar.Ehtiyac yaranarsa, Siz çağırış zamanı laborator analizləri verib, bizim mobil əzcaxanadan həkim tərəfindən yazılmış dərmanları əldə edə bilərsiniz .Bu xidmət növü Sizə qısa müddət ərzində ev şəraitində diaqnostik və müalicəvi tədbirləri başlamağa imkan yaradır.Biz həmçinin yenidəndoğulma dövründən başlayaraq uşaqların vəziyyətinin ağırlıq dərəcəsindən asılı olmayaraq tibbi təxliyəsini həyata keçiririk.