Lənkəranda gözəl keçirilən bir günün sonunda dəniz sahilində yerləşən PALMALİFE oteli öz idman kortları, su hovuzu, əyləncə meydançası və bütün yüksək xidmətləri ilə ailəniz və dostlarınızla birgə keçirə biləcəyiniz ən gözəl məkanlardan biri ola bilər. İsti dənizin qırağında, dağların başgicəlləndirici gözəlliyinin qalın meşənin sirliliyilə birləşdiyi yerdə, sanki sehirli bir qala kimi Palmalife Lenkaran Resort oteli durur. Buraya gələn səyyahlar, günəş altında cənub meyvələrinin yetişdiyi, qoruqlarda çəhrayı flaminqoların məskən saldığı, qadınların isə qədim mahnılar oxuduğu əsrarəngiz bir yerə düşürlər. Otelimizin təklif etdiyi şərtlər və əyləncələr ən zərif zövqü belə qane edəcəkdir. Burada Sizi əla yeməklər, bənzərsiz folklor, müasir infrastruktur, idman, dinclik və daha nələr gözləyir. Birsözlə, Sizin özünüzü həqiqətən nağılda olduğu kimi hiss etməyiniz üçün olan hər şey.