Palmali Şirkətlər Qrupu xəritədə

Palmali Şirkətlər Qrupu

Bakı, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 47 АZ1000 *** 0 səs

Palmali Şirkətlər Qrupu haqqında

PALMALI Şirkətlər Qrupunun tərkibində 48 müxtəlif müəssisə və cəmiyyət fəaliyyət göstərir. Baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib və hazırda 45 min nəfərlik kadr heyətinə sahibdir.

  • 2002-ci ildən etibarən Şirkətlər Qrupunun Bakı ofisi fəaliyyətə başlayıb və hazırda onun nəzdində “Xəzər-Lənkəran Futbol Klubu”, “MM İnşaat” və “PALMALIFE” Lenkaran Resort oteli kimi müəssisələr fəaliyyət göstərir.
  • 2005-ci ildə isə “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu təsis edilib. Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd MMC” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda satışın təkmilləşdirilməsi üçün “PalSüd Dağıtım” şirkəti təsis edilmişdir.
  • 2009–cu ildə “Paldad” ticarət nişanıyla məhsull buraxmağa başlayan “Palfood MMC“ dondurma fabrikası təsis edilmişdir.

Bununla da PALMALI Şirkətlər Qrupu qida sənayesi sahəsində təmsil olunmağa başlayıb.