Palma Istirahət Mərkəzi xəritədə

Palma Istirahət Mərkəzi

Seyidlər kənd yeri, Nabran, Xaçmaz AZ1000 *** 2 səs

Palma Istirahət Mərkəzi haqqında

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində 2001 ilində qapılarını qonaqlarına açan istirahət Düşərgəsinin ümumi sahəsi 7.72 hektar təşkil edir ki, bunun da 1.44 hektarını nadir ağac növlərindən ibarət qeyri-adi gözəl meşə tutur. "Palma"da Siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət Sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq. Düşərgənin qonaqları çoxsaylı ağaclar, güllər və fəvvarələrin əhatəsində yerləşən rahat və gözəl kotteclərdə yaşayırlar. Meşə zolağının ərazisində inşa edilmiş "Ocaqbaşı" restoran kompleksinin tərkibinə 3 bar, çayxana, kafe, mağaza, diskoteka,250 nəfərlik banket zalı, həmçinin 3 dilli (azərbaycan, ingilis, rus) sinxron tərcümə xidməti olan, ən yüksək səviyyəli 120 nəfərlik konfrans zalı daxildir. Mükəmməl servisi ilə fərqlənən restoranlarının menyusunda Azərbaycan, rus və Avropa mətbəxinin ən gözəl yemək növləri yer alır.

  • Vip - qiymətlər: 110 AZN (səhər yeməyi daxildir), 150 AZN (gündə 3 dəfə yemək daxildir)
  • 7 nəfərlik 3 otaqlı - qiymət: 245 AZN (səhər yeməyi ilə), 385 AZN (gündə 3 dəfə yemək ilə)

Palma Otel

43 kottecdə olan 105 otağın hərbirində mebel dəsti, televizor, daxili telefon,soyuducu və sanitar qovşağı vardır.
Yeni tikilmiş boyük hovuzun kənarında inşa edilmiş 2 ədəd 3 mərtəbəli kotteclərin hər biri 12 nomrədən (nomrələrin hər biri qonaq və yataq otağından) ibarətdir. Otaqlar Avropa standartlarına uyğun olaraq 2 nəfərin istirahəti uçün təchiz olunmuşdur.

Yerləşmə Tipi : Tam pansion və ya otaq + nahar

  • 3 ikinəfərlik otaqdan ibarət 36 KOTTEC. Hər otaqda mebel dəsti, televizor, daxili telefon, soyuducu və sanitar qovşağı vardır.
  • 2 ikinəfərlik yataq otağı və 1 yemək otağından ibarət 7 KOTTEC. Otaqlar mebel dəsti, televizor, daxili telefon və sanitar qovşağı ilə təchiz edilmişdir.
  • Hər mərtəbədə 2 yataq yerli 2 yataq otağı olan 3 mərtəbəli 2 KOTTEC. Hər otaqda mebel dəsti, televizor, daxili telefon, soyuducu və sanitar qovşağı vardır.
  • 2 ikinəfərlik yataq otağı və 1 ikinəfərlik otaqdan ibarət 14 KOTTEC. Hər bir otaq mebel dəsti, televizor, daxili telefon, soyuducu, kondisioner, sanitar qovşağı və isitmə sistemi ilə təchiz edilmişdir.

Əyləncə Palma Istirahət Mərkəzidə

İdman kompleksinin tərkibinə tennis kortu, basketbol, voleybol və badminton meydançaları, stolüstü tennis, bilyard masaları və uşaqlar üçün oyun meydançası daxildir. Almaniya və Türkiyə istehsalı olan etibarlı və eletronik təmizləyici sistemlə təchiz edilmis geniş və rahat 2 ədəd hovuz daim sizin ixtiyarınızdadır. Hovuzlardan biri 300 m2, digəri 2200 m2 genişlikdədir. Hər 2 hovuzun yanında usaqlar üçün hovuz mövcuddur. Böyük hovuzun yaninda ayrıca olaraq “Aquapark” vardır.

Hovuz kənarı bar saat 10.00-dan 20.00-dək çalışır və Sizə müxtəlif çeşidli içkilər, qamburqer, sendviçlər və dondurmalar təklif edir. Disko bar saat 23.00-dən - 02.00-dək xidmətinizdədir.

Fəaliyyətlər və idman tədbirlər üçün:

  • 2 Açıq hovuz, uşaq bölümü və akva park,
  • Uşaq oyun otağı
  • Mini futbol
  • Stolüstü Tennis
  • Tennis
  • Badminton
  • Ping pong

Palma Istirahət Mərkəzidə ekskursiyalar

Dincələnlərin Qafqaz dağlarının ecazkar təbiətini gəzib seyr etməsi, eləcə də Azərbaycanın qədim tarixi abidələri ilə tanış ola bilməsi üçün ekskursiyalar təşkil edilir. Quba, Xaçmaz, Qusar və Dərbənd şəhərlərinə təşkil olunan bir və ya ikigünlük səfərlər isə qonaqlarımızın istirahətinə xüsusi bir rəng verərək onu daha da yadda qalan edir.

Bundan əlavə, yaxında yerləşən məkanları da ziyarət edə bilərsiniz:

  • Şahnabaz və Laza şəlaləri (Qusar)
  • Şahdağ (qış idman mərkəzi)
  • Qazanbulaq («Əlistan baba» fıstıq meşəsi istiqamətində)
  • Xınalıq kəndi (Quba mərkəzdən 65 km məsafəsində, dəniz səviyyəsindən 2500 m yüksəklikdə, tarixi bir kənd)

Palma Istirahət Mərkəzinin xidmətləri

Yığıncaq və konfrans zalları şirkət toplantıları, Moral və isteklendirme düşərgələrinin, təhsil seminarlarınız üçün şəhərdən kənar uzaq ideal mühit. Həmçinin, iş gününün sonunda idman, əyləncə və istirahət etmək imkanı da var. Konfrans zalı (“U” masa, 40 nəfərlik), 1 sıra çalışma və katiblik otağları. 1 kompüter təchizatlı tərcümə otağı və 1 yığıncaq arası istirahət etmə otağı

  • Simsiz mikrofon
  • Masa üstü mikrofon
  • Danışıq kürsüsü
  • Kompüter üçün proyektor
  • Proyektor üçün pərdə
  • TV
  • Faks (qəbul otağında var)
  • Foto-sürət (qəbul otağında var)

Əlavə xidmətlər və üstünlüklər:

  • Sağlamlıq otağı
  • Həkim
  • Simsiz İnternet WI-FI
  • Mağaza
  • Çamaşır və ütü xidmətləri
  • Açıq və bağlı avtopark

Böyük hovuzun ətrafında “Aquapark”, bufet, bar və şou-proqramların keçirilməsi üçün nəzərdə tutlmuş səhnə mövcuddur. Hər axşam saat 23-00dan etibarən dincələnlərin xidmətinə verilən 150 nəfərlik diskoteka “Palma”da burada yerləşmişdir. Diskotekamızda ən son musiqiləri dinləyə və müxtəlif içki və kokteyllərin dadına baxa bilərsiniz.

  • “Palma” istirahət mərkəzində 24 saat həkim xidmətindən istifadə edə bilərsiniz.
  • “Uşaq aləmi” zalında uşaqlarınızı təcrubəli baxıcıların ixtiyarına buraxa bilərsiniz.
  • Müştərilər sauna və gözəllik salonu xidmətlərindən gün ərzində faydalana bilərlər.