Paintball Club Arena xəritədə

Paintball Club Arena

Bakı, Xəzər rayonu, Şüvəlan qəsəbəsi AZ1061 *** 3 səs

Paintball Club Arena haqqında

Azərbaycanda paintball idmanı sahəsində yeni ad - Arena! Son bir neçə ildə Paintball oyunu Azərbaycanda çox məşhurlaşıb. Bəziləri üçün bu oyun, digərləri üçün idmanın bir növü, həyat tərzidir. Lakin peşəkarcasına təşkil olunmuş poliqonun (döyüş meydanının) olmaması, mövcud avadanlığın nasaz vəziyyəti və təşkilatçılıq baxımından yaranan problemlər Azərbaycanda bu oyunu sevənlərin keyfiyyətli istirahətini qeyri-mümkün edirdi. Və indi əminliklə deyə bilərik ki, bunların hamısı keçmişdə qaldı! Sizə, yeni fəaliyyətə başlayan Arena paintball klubunu təqdim edirik!

Arena klubunun xidmətləri

  • Arena klubunda oyunlar dəqiq qrafiklə keçirilir – artıq, oyunlar arasında heç bir lazımsız gecikmələr olmayacaq
  • Klubun təqdim etdiyi çeşidlərə adi şarlardan başqa, dəqiq uçuş trayektoriyasına sahib və dəydiyi zaman 100% parçalanma effekti yaradan xüsusi turnir şarları da daxildir.
  • Klubun təqdim etdiyi avadanlıqlar yeni və saz vəziyyətdədir.
  • Əvvəlcədən sifariş əsasında Koroğlu metro stansiyasından oyun poliqonuna və geriyə çatdırılma həyata keçirilir.