Pablosky– dünya üzrə məşhur Ispan uşaq ayaqqabısı brendidir. Pablosky – 30 ildən artıq bir müddətdə uşaq ayaqqabısı hazırlanmasında ixtisaslaşan şirkətdir. Hazırda şirkət İspaniyada ən iri uşaq ayaqqabısı istehsalçılarından biri kimi mövqeləndirilmişdir; onun zavodu Toledoda, Fuensalidedə yerləşir. Uşaq ayaqqabısı uşağın fiziki və hərəki inkişafına uyğunlaşdırılmalı, ona, tam rahat şəraitdə və uşağın sağlamlığına heç bir təhlükə yaratmadan, həmyaşıdlarının məşğul olduğu hər bir şeylə məşğul olmaq imkanı verməlidir. Buna görə də, Pablosky-dən olan ayaqqabıya aid edilən hər bir ünsür, hər bir material və hər bir yenilik onun keyfiyyətinə zəmanət verir.
Firma, onun məhsulunun ümumi məğzi kimi həmişə keyfiyyətin çıxış etməsinə baxmayaraq, bir çox üslübdan, formadan və rənglərdən ibarət olan hər bir yeni kolleksiyanın buraxılışı ilə, özünü yenidən dərk edir. Bununla belə, Pablosky-nin başlıca üstünlüyü və rəqiblərinin olmadığı sahə - dəbdən imtina etmədən ayağın düzgün böyüməsinə müvafiqlikdir. Pablosky-nin əsas məqsədi – gələcək deformasiyalardan və problemlərdən uzaq olmaq, uşaq ayağının qayğısına qalmaqdır və, firmanın şüarının səsləndiyi kimi, o, böyüməkdə olan ayaqlara qayğı göstərilməsi sahəsində ekspertdir. Məhz buna görə, ayaqqabı olduqca diqqətlə və ən yüksək keyfiyyətli parçalardan, habelə, ayaqların təbii böyüməsinə mane olmamaq üçün, pediatriya və biomexanika sahəsində ən yaxşı mütəxəssislərin tövsiyələrinə əsasən tərtib edilmiş dizayn üzrə hazırlanır.Daha sonra, uşaqların öz ayaqqabılarını xüsusi aşılanmaya məruz qoyduqlarını nəzərə alaraq, bu markanın məhsulları həm də, onların dözümlülüyünü və möhkəmliyini təmin edən müxtəlif sınaqlardan keçirlər.