Özkaya Group xəritədə

Özkaya Group

Bakı, Nizami rayonu, 526-ci küçə, 24/10 AZ1000 *** 1 səs

Özkaya Group haqqında

Ozkaya Group yerli türk şirkətidir inşaat və mətbəx avadanlıqlarının istehsalcısıdır. Şirkət Azərbaycanda qara metaldan (Uyğunluq və digər keyfiyyət sertifikatları ilə) düzəldilən inşaat iskələlərinin, dayaqların, digər yardımçı materialların, inşaat aksessuarlarının istehsalı və satışı ilə məşquldur. Ozkaya Group şirkəti öz malından əlavə digər şirkətlərin mallarınada, professional ustalar tərəfindən texniki servis xidməti göstərilir. Ozkaya Group Hər malına zəmanət verir!

Özkaya Group İnşaat materialları

"Özkaya Group" 2004-cü ildən etibarən paslanmaz poladdan müxtəlif və hər növ mətbəx avadanlıqlarının, soyuducu kameraların istehsalı ilə fəaliyyətini daha da genişləndirmişdir, eyni zamanda 2007-ci ildən İtaliya,Gürcüstan, Rusiyakimi ölkələrin istehsal etdiyiizolyasiya materiallarının distribütorluğunu da həyata keçirir.İstehsal etdiyi məhsulların keyfiyyətini dünya standartlarına tam uyğunlaşdıran şirkət yeni-yeni layihələr hazırlayıb həyata keçirməkdədi. Bu günlərdə şirkət ayrı-ayrı türk şirkətlərinin distribütorluğunu həyata keçirməklə yanaşı, həmin şirkətlərin vasitəsilə müxtəlif inşaat avadanlıqlarının ixracı ilə məşğul olur. "Özkaya Group” Azərbaycan bazarında kifayət qədər etibarlı partnyordu. Sizlərə rahat, modern və zövq oxşayan mətbəxlər bəxş etmək üçün, bizlərə uğurlar.

Paslanmaz polad avadanlıqları - Özkaya Groupda

Şirkət təsis olunduğu gündən əməksevər, özünə güvənən, təcrübəli və işinin ustası olan bir işçi kontingenti ilə Azərbaycanda təhlükəsiz, qüsursuz, qənaətli bir inşaatı təmin etmək üçün çalışır. " KİŞİNİN AYNASI İŞİDİR! ” tezisi ilə fəaliyyət göstərən "Özkaya Group” şirkəti ayrı-ayrı inşaat şirkətləri ilə bu gün də əməkdaşlıq edir. Şirkət Respublika iqtisadiyyatının inkişafında, paytaxtda və bölgələrdə inşa edilən müasir binaların tikintisindəki rolundan qürur hissi keçirir. "Özkaya Group" - uğurla inkişaf edən, texnoloji avadanlıqlar və restoranlar, barlar və başqa iaşə obyektlərüçün avandanlıqlar istehsal edən bir şirkətdir.

İnşaat avadanlıqları

Mətbəx üçün bütün avadanlıqlar, o cümlədən, paylaşdırma xətləri, evyelər və mətbəx üçün rəflər paslanmaz poladdan hazırlanır. Bundan başqa, yeməkxana, qida, tibbi, əczaçılıq sənayesinə aid müəssisələr üçün texnoloji avadanlıqları da sıralamamıza əlavə etmək olar. Siyahının davamına gəlincə, bizdə həmçinin istehsal masaları, rəflər, arabalar, hər növ soyuducu avadanlıqlar(metal və şüşə qapılarla soyuducu şkaflar, soyuducu kameralar)və başqa yüksək keyfiyyətli məhsulları sifariş edə bilərsiniz. Biz həmçinin çörək və qənnadı sənayesinə aid avadanlıqlarnı dizaynı və təminatıyla da məşğul oluruq.