Optimal Elektroniks Bakıxanov filialı xəritədə

Optimal Elektroniks Bakıxanov filialı

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Gənclik AZ1132 *** 1 səs

Optimal Elektroniks Bakıxanov filialı haqqında

"Optimal Electronics" şirkəti öz fəaliyyətinə 1997-ci ildə başlayıb.Şirkət güclü rəqabətə baxmayaraq, bazarda artıq 17 ildir ön sıralarda rəqibləri arasında xüsusi mövqe tutur. Şirkət yerli və xarici şirkətlərlə əməkdaşlıq nəticəsində öz satış və xidmət sahəsini genişləndirir. "Optimal Electronics" mağazalarında gündəlik istifadə üçün nəzərdə tutulan bütün məişət texnikaları Sizin nəzərinizə təqdim edilir. Tərəfimizdən təqdim olunan bütün məhsullar siğortalanıb və hər birinə 6- aydan 3 ilədək zəmanət verilir.

Optimal Electronics şirkətinin fəaliyyəti

Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur.Bizim şirkətimiz Mobitel , Inteqral şirkətləri ilə əməkdaşlıq edir və Nokia, Samsung mobil telefonlarının satışı ilə məşğuldur. Bizim mağazalardan Toshiba, Acer, Asus, HP Noutbooklarını əldə edə bilərsiniz, həmçinin ofis və ev üçün personal kompyuterlərin satışı ilə bağlı yığılması da həyata keçirilir. Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

Optimal Electronics şirkətinin xidmətləri

Avadanlığın zəmanətli və post-zəmanətli təmirini təmin edən yüksək səviyyəli məlumat və servis dəstəyini təqdim etməklə, biz aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını sizə təqdim edirik. Biz mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikasının 2 mindən cox növünü təqdim edirik. Bizim mağazaların əməkdaşları sizə texnikanın seçimində böyük məmnuniyyətlə kömək edəcək, texniki məsələlərlə bağlı nəzakətlə məsləhət verəcək və operativ şəkildə əldə etdiyiniz malı rəsmiləşdirəcəklər. Firmada geniş dünya standartlarına cavab verən yüksəkixtisaslı Servis Mərkəzi fəaliyyət göstərir. Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibində kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.