Ömür Klinikası xəritədə

Ömür Klinikası

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/14 . AZ1000 *** 1 səs

Ömür Klinikası haqqında

Ömür Klinikası geniş və yaraşıqlı bir binada yerləşir. Kabinetlər müasir və beynəlxalq standartlı tibbi xidmətə uyğunlaşdırılıb. Klinikanın Analitik-İnformasiya Texnologiyaları Mərkəzinin pasientlər arasında apardığı rəy sorğusunun nəticələrinə görə Metabolizm, Mikroskopik patologiya, Qeyri-invaziv kardiologiya, Sonsuzluq, Ailə və uşaq mərkəzlərinin müayinə və müalicə sahəsindəki göstəriciləri dünyanın özəl səhiyyə ocaqları ilə rəqabətə girə biləcək səviyyədədir. Yarandığı ilk günlərdə klinikada cəmi 1 ədəd ultrasəs aparatı var idi. Bu gün isə USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan “VİNGMED SİSTEM FİVE”, “ESAOTE AU-5”, “VİNGMED-800”, “SONOSKOPE-3”, 4 D rejimli “VALUSON-730”, “MİNDRAY”, “COMBİSON”, “VİVİD FİVE”, “ALOKA SSD”, “LOGİQ-200”, “LOGİQ-400”, “LOGİQ-9” aparatlarının köməyi ilə kompleks müalicədə böyük rol oynayan dəqiq və keyfiyyətli Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, orqanların müayinəsi, müayinə, densitometriya, mammoqrafiya və s. müayinə aparmaq mümkündür.

Ömür Klinikasının fəaliyyəti

Respublikamızda, keçmiş MDB məkanında belə analoqu olmayan qammaterapiya, görmə zəifliyinin yoqa metodu ilə müalicəsi və s. tibbi xidmətlər “Ömür” klinikasının qarşısında yeni-yeni perspektivlər açır. “Ömür” klinikasının kollektivi daim axtarışdadır, həmişə yeniliyə can atır. Əsasən respublikamızın hüdudlarından kənarda fəaliyyət göstərən ən prestijli səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb elmləri namizədi və doktorlarından ibarət 150 nəfərə yaxın personal müasir texnikanın ən son nailiyyətlərindən bəhrələnərək təbabətin hələ elmə məlum olmayan istiqa-mətlərində araşdırmalar aparır. Həmin araşdırmalar və mütəxəssis rəyləri hər həftə bu tibb ocağında keçirilən elmi-praktik-tədris konfranslarında müzakirə olunur, yeni-yeni elmi məqalələrin, monoqrafiyaların mövzusuna çevrilir.

Ömür Klinikasının qazandığı nailiyyətlər

2006-cı il aprelin 22-də İsveçrənin Sürix şəhərində keçirilən təqdimat mərasiminə dünyanın bir çox ölkələrindən nümayəndələr dəvət olunmuşdu. Tədbiri 1962-ci ildə qeydiyyata alınmış və dünyanın 70-dən çox ölkəsində nümayəndəlikləri olan beynəlxalq “ ACTUALİDAD” təşkilatı keçirirdi. Hər il sənaye, elm, tibb, mədəniyyət, turizm və kommersiya sahələrindəki qurumların fəalliyyətini araşdıran təşkilat onların içərisindən “keyfiyyət və prestij lideri” seçir.“ACTUALİDAD” 2006-cı ilin “keyfiyyət və prestij” liderlərindən üçünü Azərbaycandan seçdi. Tibb sahəsində bu beynəlxalq mükafat fəaliyyət göstərdiyi 3 il ərzində insanlara sağlam və uzun ömür bəxş etməyə çalışan “Ömür” klinikasına nəsib oldu.

Klinikanın pasientləri arasında yaş həddi, bölgə məhdudluğu yoxdur. Hamı bura şəfa tapmaq ümidiylə gəlir, sağlamlıqları tam bərpa olunmuş şəkildə də evlərinə qayıdır.“ACTUALİDAD” beynəlxalq təşkilatının marağına səbəb olan əsas məsələlərdən biri də “Ömür”ün inteqrativ tibbi xidmətli özəl klinikası kimi fəaliyyət göstərməsidir. Qeyri-ənənəvi təbabətlə ənənəvi təbabətin bir-birinə inteqrasiya olunmasına, yəni onların müayinə, müalicə və profilaktikada əlaqəli şəkildə tətbiqinə ümumiyyətlə, özəl səhiyyə sistemində nadir hallarda təsadüf edilir. Məhşur Şərq xalq təbabətindən qaynaqlanan qeyri-ənənəvi metodun tibbin son nailiyyətləri ilə əlaqələndirilməsi “Ömür” klinikasında həyata keçirilən kompleks müalicənin əsasını təşkil edir.

Qeyd etdiyimiz kimi bu, yeni bir konsepsiyadır. Rəy sorğularının nəticələri göstərir ki, pasientlərin sağlamlığının tam bərpa olunmasında həmin konsepsiyanın tətbiqi yüksək effekt verir. Dünya səhiyyə sistemi də bu praktikanı bəyənir və onu dəstəkləyir. Əziz oxucularımız, indi aydın oldu ki, “ACTUALİDAD” Beynəlxalq təşkilatı niyə məhz “Ömür” klinikasını 2006-cı ilin “ən keyfiyyətli və prestijli lideri” adına layiq görüb.Yəqin səhiyyə sistemində çalışan həmkarlarımız onu da etiraf edərlər ki, dünyanın 70-dən çox ölkəsini təmsil edən bu beynəlxalq təşkilat öz seçimində yanılmayıb.Qeyd edək ki, “Ömür” klinikası ilə bərabər Amerika və Avropanın ən nüfuzlu tibb müəssisələrinin fəaliyyəti də hərtərəfli təhlil edilmişdir. Fərəhli haldır ki, “Ömür” klinikası tibb nominasiyası üzrə verilən bu mükafata məhz belə bir əsaslı araşdırmanın nəticəsində layiq görülmüşdür.