Olimpik Resort Hotel xəritədə

Olimpik Resort Hotel

Bakı, Abşeron rayonu, Novхanı qəsəbəsi AZ1000 *** 2 səs

Olimpik Resort Hotel haqqında

Olimpik Novxanı Otel sizi Azərbaycan qonaqpərvərliyi və bənzərsiz komfortu ilə qarşılayır. Otelimiz Abşeron yarımadasında istirahət bölgəsi olan Novxanı qəsəbəsində yerləşir. Oteldə xüsusi eyvan və dənizə panoraması olan 62 otaq və 3 ədəd 2 mərtəbəli lüks kotteclər fəaliyyət göstərir. Otelin otaqları minibar, ikikanallı telefon xətti, peyk televiziyası, LCD televizor, mərkəzi havalandırma sistemi, kondisioner, 24 saatlıq room-servis (otaq xidməti), Wi-Fi ilə təchiz olunmuşdur.Olimpik Novxanı Otel qonaqlarına böyük açıq-qapalı hovuz, uşaqlar üçün hovuz, fitness zalı, türk hamamı, par kabinaları (yaş və quru), böyük həcmli jakuzi, eləcə də, açıq tennis kortu, futbol və voleybol üçün meydançalar, 10 xətli boulinq zalı təqdim edirik. Olimpik Novxanı otelində 3 restoran və 2 bar fəaliyyət göstərir. Bunlardan 2 restoran və disko bar mehmanxananın binasında,1 restoran və 1 bar isə açıq səma altında hovuzun ətrafında yerləşir. Bundan əlavə oteldə nəqliyyat servisi də fəaliyyət göstərir.

Olimpik Novxanı Otelin Xidmətləri

  • Futbol,Voleybol,Tenis sahəsi
  • Oteldə Wi-Fi,Maşın xidməti
  • İş görüşmələri üçün konfrans zalı
  • Uşaqlar üçün əyləncə məkanları
  • Açıq,bağlı,uşaqlar üçün hovuz,Fitness mərkəzi
  • Bowling,Disco Club,Jakuzi,Masaj,Türk hamamı
  • Yeməklərin otağa çatdırılması xidməti və s.