Oğuz Rayon İcra Hakimiyyəti xəritədə

Oğuz Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Oğuz, 89 AZ4800 *** 1 səs

Oğuz Rayon İcra Hakimiyyəti haqqında

Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur.

Oğuz rayonunun tarixi

Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961-1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. 1991-ci ilin fevral ayında Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz rayonu adlandırılmışdır.

Oğuz rayonu respublikamızın səfalı və mənzərəli bir guşəsində yerləşir. Onun ərazisi 1077 km2, əhalisi 40845 nəfərdir.Rayonda 33 kənd vardır. Rayon şimaldan Rusiya Federasiyası ilə (Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan Ağdaş rayonları ilə sərhəddir.Son dərəcə səfalı, unikal təbiət gözəlliklərinə malik olan rayon ərazisinin 40 % -ni meşələr təşkil edir.Zümrüd meşələri, yaşıl yamacları, suyu diş göynədən buz bulaqları, dupduru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan 40 – dan artıq dərman bitkisinin vətəni, qırqovullu, marallı, cüyürlü, dağ keçili faunası ilə hamını heyran qoyan Oğuz rayonu həqiqətən cənnətməkan bir diyardır.