Odlar Yurdu Universiteti xəritədə

Odlar Yurdu Universiteti

Bakı, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 835 AZ1072 *** 2 səs

Odlar Yurdu Universiteti haqqında

Odlar Yurdu" Universiteti - Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biridir.Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.3 iyun 1997-ci il. Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universitetinin Biznesin İdarəedilməsi Kolleci arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı.19 iyun 2002-ci il. Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universitetinin Biznesin İdarəedilməsi Kolleci arasında beynəlxalq elm və təhsil mübadiləsi haqqında müqavilə imzalandı.

Odlar Yurdu Universiteti öz başlıca məqsədini Azərbaycan cəmiyyətində və dünya mühitində rəqabət apara bilən yüksək bilikli və bacarıqlı professional, milli və mənəvi dəyərlərimizə sadiq olan mütəxəssis və liderlərin hazırlanmasında görür.2 aprel 2004-cü il. Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universiteti ilə birgə BBA və MBA proqramı üzrə mütəxəssis hazırlığı haqqında müqavilə imzalandı.2002 - ci ildən etibarən Odlar Yurdu Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasına tam hüquqlu üzv kimi qəbul olunmuşdur.

Universitetin beynəlxalq əlaqələri

Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla tə’min edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. Universitet MDB, Avropa və Amerikanın bir sıra qabaqcıl universitetləri ilə sıx əlaqələr yaratmışdır.Bu əlaqələrin əsasını qərb təhsili texnologiyalarının öyrənilməsi və tətbiqi, birgə təhsil mərkəzlərinin yaradılması, beynəlxalq proyektlərdə birgə iştirak, birgə elmi axtarışlar və tələbə-müəllim mübadiləsi üzrə proqramların həyata keçirilməsi təşkil edir.

İtaliyanın Torino Universiteti, Almaniyanın Zigen Universitetinin Ölçmə Texnikası İnstitutu ilə imzalanmış müqavilələrə birgə elmi axtarışların aparılması daxildir. Belə elmi axtarışların nəticəsi olaraq Zigen Universiteti ilə əməkdaşlıq əsasında Odlar Yurdu Universitetinin sponsorluğu və təşkilatçılığı ilə Almaniyanın Bisbaden şəhərində "Qeyri-səlis çoxluqların və Soft-Komputinqin tətbiqləri" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Odlar Yurdu Universitetinin bir qrup alimi müxtəlif mə"ruzələrlə çıxış etmişdir. ABŞ-ın Corciya Dövlət Universiteti ilə qurulan əlaqələr isə daha geniş spektrə malikdir: tələbə mübadiləsi, müəllimlərin treninqi və elmi axtarışlar.