NP Systems xəritədə

NP Systems

Bakı, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 AZ1000 *** 1 səs

NP Systems haqqında

“NP Systems” Azərbaycan Respublikasının daxilində nömrə daşınmasının həyata keçirilməsi və bu sahədə xidmətlərin göstərilməsi ilə məşğul olan şirkətdir. Bu işləri yerinə yetirmək üçün şirkət güclü heyət yığmış və nömrə daşınması sahəsində böyük iş təcrübəsi olan, tanınmış xarici şirkətlərlərlə yeni əlaqələr yaratmışdır. “NP Systems” məhdud məsuliyyətli bir cəmiyyət olub nömrə daşınmasının həyata keçirilməsi və onun platformasının saxlanması üçün bu sahədə tədarükçü olan və son illərdə bir neçə ölkədə nömrə daşınması xidmətlərini uğurla tətbiq edən aparıcı Avropa şirkətlərindən biri ilə əməkdaşlıq haqqında eksklüziv müqavilə bağlamışdır. Belə bir əməkdaşlıq “NP SYSTEMS”-ə Azərbaycan Respublikasında ən yüksək keyfiyyətlə nömrə daşınmasının hazırlanması, tətbiq olunması və idarə edilməsi, eləcə də operatorlara və telekommunikasiya xidmətləri tədarükçülərinə köməklik göstərilməsi xidmətlərinin həyata keçirilməsinin təmin edilməsinə imkan verir. Köməklik göstərilməsi xidmətləri azərbaycan dilində telefonla, faksla və elektron poçtla yardım xidmətinin vasitəsi ilə mümkün olacaqdır. Yardım xidməti Azərbaycanda, “NP Systems” şirkətinin xüsusi yerlərində təşkil ediləcəkdir. MNP (Mobile Number Portability) Xidməti 1 fevral 2014-cü ildə müvəffəqiyyətlə həyata keçirilib. “NP SYSTEMS” Azərbaycan Respublikasında nömrə daşınması sferasında tam xidmətlər spektrini, o cümlədən məsləhətləri, planlaşdırmanı, hazırlanma və eləcə də çatdırılmanı, layihənin həyata keçirilməsini və nömrə daşınmasının milli mərkəzi baza sisteminin idarə olunmasını təklif edir. ölkə ərazisində nömrə daşınmasına keçilməsi təklifindən başlayaraq xidmətlərin həyata keçirilməsi proseslərinin hamısının sona çatdırılması ilə nömrə daşınması üzrə milli mərkəzi baza sisteminin idarə olunmasının startına qədər, bizim şirkət milli tənzimləmə orqanlarına nömrə daşınması xidmətinə keçilməsinin tarixi uğurlu bir hadisə kimi qeyd olunmasına və Azərbaycanda telekommunikasiya xidmətləri istifadəçilərinin mənafelərinin daha da yaxşı təmin edilməsinə köməklik göstərə bilər. Nömrə daşınması xidmətləri haqqında bəzi faktlar və onun telekommunikasiya bazarının inkişafına müsbət təsiri aşağıda göstərilmişdir (dörd sadə qrupa bölünmüşdür): 1. Nömrə daşinması xidmətinin mahiyyəti Nömrə daşınması xidməti abonent bir operatordan başqa operatora və ya telekommunikasiya xidməti tədarükçüsünə keçdikdə, abonent tərəfindən xidmət tipi və ya yaşayış yeri dəyişdikdə ona abonent nömrəsini heç bir dəyişiklik edilmədən və xidmət keyfiyyətini itirmədən saxlamağı təmin edir. Nömrə daşınması xidməti “qisaca”: 1. Siz öz operatorunuzu və ya telekommunikasiya xidməti tədarükçüsünü başqasına dəyişirsiniz; 2. Siz öz abonent nömrənizi dəyişilmədən saxlayırsınız; 3. Sizin abonent nömrənizdə Sizin operatorun və yaxud telekommunikasiya xidməti tədarükçüsünün identifikasiya məlumatı yoxdur. Nömrə daşınması xidmətinin adi növlərinə aşağıdakılar aiddir: a) Operator/ telekommunikasiya xidməti tədarükçüsü dəyişdirildikdə abonent nömrəsi dəyişmir: Bu, bir operatordan/ telekommunikasiya xidməti tədarükçüsündən başqa operatora/ telekommunikasiya xidməti tədarükçüsünə keçdikdə abonent nömrəsini dəyişilmədən saxlamağa imkan verir. Nömrə daşınması xidmətinin bu növü stasionar və mobil rabitə abonentlərinə tətbiq oluna bilər. b) Göstərilən xidmət növü dəyişdirildikdə abonent nömrəsi dəyişmir: Bu, telekommunikasiya xidmətinin bir növündən başqasına keçdikdə (məsələn, GSM mobil xidmət növündən UMTS mobil xidmət növünə keçdikdə ) abonent nömrəsini dəyişilmədən saxlamağa imkan verir. Nömrə daşınması xidmətinin bu növü də stasionar və mobil rabitə abonentlərinə tətbiq oluna bilər. c) Yaşayış yeri dəyişdikdə abonent nömrəsi dəyişmir: Bu, abonentə telekommunikasiya xidmətləri göstərilən yaşayış yerini dəyişdikdə nömrəni dəyişilmədən saxlamağa imkan verir (coğrafi sərhədlər daxilində bir telefon kodunun təsiri sahəsində). Nömrə daşınması xidmətinin bu növü yalnız stasionar rabitə abonentlərinə tətbiq oluna bilər. Qeyd etmək lazımdır ki, nömrə daşınmasının (a) və (b) xidmət növlərinin kombinasiyası yalnız mobil telekommunikasiya şəbəkəsi abonentlərinə, nömrə daşınmasının (a), (b) və (c) xidmət növlərinin kombinasiyası isə ancaq stasionar telekommunikasiya şəbəkəsi abonentlərinə tətbiq oluna bilər. Abonent stasionar rabitə operatorundan/ telekommunikasiya xidməti tədarükçüsündən mobil rabitə operatoruna/ telekommunikasiya xidməti tədarükçüsünə və yaxud əksinə keçdikdə ona nömrə daşınması xidmətinin tətbiq olunması texniki baxımdan mümkündür; lakin nömrə daşınması xidmətinin bu növü nömrə daşınması xidmətinə keçən əksər ölkələrdə istifadə olunmur. 2. Nömrə daşınması xidmətinin abonentlər üçün real qiyməti Bir çox rezident və biznes-abonentlər daha kiçik qiymətlə daha yaxşı xidmət almaq üçün öz telekommunikasiya xidməti tədarükçüsünü dəyişmək istəyirlər. Lakin bu zaman onlar, bir qayda olaraq, müxtəlif maneələrlə rastlaşırlar ki, bu tədarükçünün dəyişdirilməsi prosesini bahalaşdırır və namünasib edir. Rəqabətin inkişaf etdiyi yolda ən ciddi problemlərdən biri abonentlər telekommunikasiya xidməti tədarükçüsünü dəyişdikdə, keçmişdə olduğu kimi, abonent nömrəsinin də dəyişdirilməsi idi. Bu isə biznes-abonentlərin dəftərxana və reklam materiallarındakı dəyişikliklərlə bağlı xərclərinə müştərilərin və tədrükçülərin dəyişikliklər barədə məlumatlandırılması ilə əlaqədar çəkilən xərclərin də əlavə olunması və ən əsası isə biznes brendinin fərqlənən və tanınmış telefon nömrəsinin (və ya telefon nömrələri seriyalarının) dəyişdirilməsi ilə nəticələnə bilərdi ki, bu da biznesdə xoşagəlməz bir haldır. Bütün bunlar isə öz növbəsində işguzar əlaqələrin pozulmasına və hətta biznesin iflasına səbəb ola bilər. Ona görə də bütün dünyada bir çox milli tənzimləyici telekommunikasiya orqanları həm stasionar, həm də mobil rabitə sektorlarında rəqabətin artırılması məqsədi ilə nömrə daşınması xidmətinin tətbiq olunmasını vacib bir tələbat kimi qəbul etmişlər.Tənzimləyici orqanlar nömrə daşınmasının eyni bir rabitə növü (stasionar və yaxud mobil) operatorları arasında, daha doğrusu, abonent bir stasionar rabitə operatorundan digərinə və ya abonent bir mobil rabitə operatorundan digərinə keçdikdə nömrə daşınmasının mümkün olmasını tələb edirlər. Qeyd etmək lazımdır ki, nömrə daşınması xidmətinin tətbiq olunmasının “alıcı seçiminin və effektli rəqabətin yaxşılaşdırılması üçün əsas amil” olduğu üçün onun Aropa İttifaqı (Aİ) ölkələrinin hamısı üçün vacib olması haqqında Aİ-nin 2002/22/EC saylı 7 mart 2002-ci il tarixli direktivində də göstərilmişdir. 3. Məkəzi baza sistemi (MBS) – milli nömrə daşınması sisteminin ürəyidir Nömrə daşınması tətbiq olunan bir sıra ölkələrdə Mərkəzi baza sistemindən (MBS) istifadə olunmuşdur, çünki bu, müasir və yoxlanılmış bir sistem olmaqla yanaşı, həm də sistemin sinxron işləməsini və dəqiq idarə olunmasını təmin edir. MBS verilənlərin adminstrativ sorğu bazası olub milli nömrə daşınmsı sisteminin ürəyidir. Ondan çağırışların yerinə yetirilməsi və zənglərin marşrutlaşdırılması üçün istifadə olunmur, onun telekommunikasiya şəbəkəsi qovşaqları ilə heç bir əlaqəsi yoxdur (məsələn, rəqəmli telefon stansiyalaına və operatorların intellektual şəbəkələrinin platformalarına qoşulmamışdır), lakin MBS nömrə daşınması proseslərinin hamısını izləyir və bu proseslərə nəzarət edir, eləcə də daşınan nömrələr, onların aid olduqları və hal-hazırda onlara xidmət göstərən telekommunikasiya şəbəkələri haqqında məlumatları saxlayır. MBS nömrə daşınması prosesinin vahid interfeysi və meneceri kimi işləyərək operatorlar və telekommunikasiya xidməti tədarükçüləri arasında nömrə daşınmasının müvəffəqiyyətlə həyata keçirilməsinə qulluq edir. Nömrə daşınmasını vaxtlı-vaxtında və dəqiq yerinə yetirmək üçün lazım olan bütün adminstrativ kommunikasiyalar MBS-dən keçir. Hər hansı bir konkret nömrə daşınmasının adminstrativ prosesinə cəlb olunan tərəflər nömrə daşınmasına razılaşdıqda, və proses yerinə yetirildikdə, MBS-in vasitələri bu konkret nömrənin daşınma yurisdiksiyasında fəaliyyət göstərən bütün digər tərəflərin-telekommunikasiya şəbəkələri operatorlarının və xidmət tədarükçülərinin məlumatlandırılması üçün istifadə olunur. Milli telekommunikasiya tənzimləyici orqanlarının və müştərilərin nöqteyi-nəzərincə milli nömrə daşınması sisteminin əsas elementi kimi MBS-in əsasında milli nömrə daşınması sisteminin landşaftından istifadə olunması nömrənin çox tez bir zamanda “köçürülməsini” və nömrə daşınması prosesində abonentin rabitə əlaqəsindəki fasilənin azalmasını təmin edir. Bu, nömrə daşınması xidmətinin cəlbediciliyini daha da artırır və lazım gəldikdə abonentlərə tərəddüd etmədən bu xidmətdən istsfadə etməyə kömək edir. 4. Nömrə daşınmasının tərəfdarları və əleyhdarları “Yeni başlayanlar” üçün əla fürsət Telekommunikasiya bazarına gec daxil olan bütün operator və xidmət tədarükçüləri, bir qayda olaraq, nömrə daşınması xidmətinə bazarı cəlb etmək üçün əla bir imkan və çox güclü bir alət kimi baxırlar. Onlar bu xidmətin ölkədə tətbiq olunmasını çox həvəslə dəstəkləyirlər. Nömrə daşınması, abonentlər öz telekommunikasiya şəbəkəsi operatorunu və yaxud telekommunikasiya ximətləri tədarükçüsünü dəyişmək isədikdə yaranan əsas maneələrdən birini aradan qaldırır. Lakin bazarın cəlb olunması müştərilərin saxlanması hesabına üstünlük qazanmamalıdır. Bazarın daimi oyunçuları üçün real təhlükə Fəaliyyətdə olan telekommunikasiya şəbəkəsi operatorları və telekommunikasiya ximətləri tədarükçüləri nömrə daşınması xidmətini onların telekommunikasiya bazarında olan mövqelərinə ciddi bir təhlükə kimi görməyə meyllidirlər. Odur ki, ölkədə nömrə daşınması xidməti tətbiq edildikdə, onlar müxtəlif yollarla bu prosesə mane olmağa çalışırlar. Lakin nömrə daşınması xidməti bazarın daimi oyunçuları üçün təhlükə kimi qəbul olunmamalıdır. çünki, nömrə daşınması xidmətinin tətbiq olunması fəaliyyətdə olan operatorlar üçün ARPU-nun yüksəldilməsi və bazarın cəlb olunması strategiyasının reallaşdırılması üçün bir sıra imkanlar yaradır.