Nordic Sağlamlıq Mərkəzi xəritədə

Nordic Sağlamlıq Mərkəzi

Bakı, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 36 AZ1073 *** 2 səs

Nordic Sağlamlıq Mərkəzi haqqında

Nordic Tibb Mərkəzi öz arxitekturasına, daxili təchizat sistemlərinə, tibbi avadanlıqlarına,xidmət və idarə edilmə sisteminə görə müasir standartlara cavab verən müalicə ocağıdır.Klinika ambulator xidmətləri əhatə edən poliklinika və cərrahiyyə şöbəsindən ibarətdir. Cərrahiyyə şöbəsində kiçik cərrahiyyə, plastik cərrahiyyə, qulaq-burun-boğaz cərrahiyyəsi fəaliyyət göstərir.Laboratoriyamız sanitar normalara cavab verən,avropa standartlarına uyğun müasir analizatorlarla təchiz olunmuşdur.

Nordic Tibb Mərkəzinin xidmətləri

Nordic Tibb Mərkəzində fəaliyyət göstərən həkimlər yerli və xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərdir.Bizim əsas prinsipimiz - əhaliyə göstərilən xidmətlərin yüksək keyfiyyətə malik olması, düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərməkdir.Bu səbəbdən klinikamız pasientləri məmnun etmək məqsədilə daim xidmətlərimizin keyfiyyətini artırır,tibbi personalın inkişafını təkminləşdirmək üçün onların xaricdə təhsil almasını və təlim keçməsini təmin edir.