Noahs Ark Hotel xəritədə

Noahs Ark Hotel

Bakı, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi, 17 AZ1095 *** 1 səs

Noahs Ark Hotel haqqında

Noah's Ark otel - Azərbaycanın paytaxtı Bakıda, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilən gözəl və füsunkar İçəri Şəhərdə yerləşir. Özünün müasir tələblərə cavab verən xidməti, həmçinin şəhərin işgüzar və ticarət mərkəzlərinə yaxın mövqeyi ilə fərqlənən, konservativ üslublu 3 ulduzlu otel 5 ulduzlu xidmətləri ilə sizləri özünə cəlb edəcək. Noah's Ark oteli, hörmətli qonaqlarımızın fərdi və işgüzar tələblərini təmin etmək üçün yaradılıb. Otaq və Səhər yeməyi, Yarımpansion və Hər şey daxildir yaşama paketləri təklif edən Noah’s Ark oteli Bakının ən qədim hissəsi olan İçərişəhərdə, metrodan cəmi 100-120 m-lik məsafədə yerləşir. Bütün otaqlar müstəqil havalandırma və istilik sistemi ilə təmin olunmuşdur.

Otelin xidmətləri

Hər otaq individual seyf, mini soyuducu, 99 kanal çeşidli kabel televiziyası, beynəlxalq çıxışlı telefon, ütü və ütü stolu, elektrik çaydanı ilə təmin olunmuşdur. Gündəlik olaraq qonaqlara otaqlarda pulsuz olaraq çay paketləri və mineral su təqdim edilir. Standart otaqlarla yanaşı qonaqlar üçün 5 nəfərədək qonağın yaşaya biləcəyi 120 m2 sahəli apartament təklif edilməkdədir. Bütün vanna otaqları gigiyenik maye sabun və şampunla, adi güzgü ilə yanaşı xüsusi böyüdücü güzgülərlə, daşına bilən fenlə, telefonla, üz, bədən və ayaq üçün dəsmalla, gigiyenik duşla və mühüm ayaqyolu üçün ləvazimatlarla təmin edilmişdir.

All Inclusive paketi ilə yaşayan qonaqlar üçün vanna otaqlarına əlavə olaraq aşağıdakılar əlavə olunur: xalat, diş şotkası və pastası, üz qırxan dəst, shower cap, daraq, qulaq təmizləyən çöplər, əl və bədən üçün kremlər. Yenicə quraşdırılmış katelni istilik sistemi qonaqları fasiləsiz isti su ilə təmin edir.Bakını 3600 dərəcə görə biləcəyiniz otelin 5-ci mərtəbəsində yerləşən restoranda qonaqlara açıq bufet şəklində səhər, günorta və şam yeməkləri təqdim edilir. Günorta və axşam yeməkləri tamamilə Azərbaycan mətbəxi əsasında hazırlanır. Otelin bütün ərazisində qonaqlara heç bir ödəniş etmədən 8 Mbit/san yüksək sürətli Wi-Fi internetdən və 24 saat faəaliyyət göstərən İT dəstəkdən istifadə etmək imkanı təklif edilir.

Otel ərazisinə bankomat ATM 24/7 (visa və visa electron kartları qəbul edir) fəaliyyət göstərir. Qonaqlar ödənişləri internet, kredit kart (Visa, Visa electron, Mastercard, Maestro card), bank köçürmələri və nağd olaraq həyata keçirə bilərlər. Otel visa dəstəyi, pulsuz isti və soyuq alkoqolsuz içkilər, velosiped, kuryer, ofis avadanlıqlarından istifadə, müxtəlif növ ekskursiyalar, 24 saat otaq və təhlükəsizlik xidməti təklif etməkdədir.Noah's Ark oteli istər biznes, istərsə də dincəlmək məqsədilə səyahət edənlər üçün ideal seçimdir. Hər dəfə möhtəşəm Bakı şəhərinə gəlişinizdə bizi, öz doğma evinizdən uzaqda ikinci eviniz kimi qəbul etməyinizi istəyirik.

Otel haqqında əlavə məlumat

  • Otağa giriş vaxtı 14:00
  • Otaqdan çıxış vaxtı 12:00
  • 24 saat qeydiyyat
  • 24 saat otaq xidməti
  • Təhlükəsizlik xidməti
  • Çoxdilli personal
  • Siqaret çəkənlər və çəkməyənlər üçün otaqlar
  • Camaşırxana və kimyəvi təmizləmə xidməti
  • Otelin yaxınlığında pulsuz avtomobil dayanacağı
  • Bakı metropoliteninin yaxınlığında - İçəri Şəhər metro stansiyası
  • Velosipedlərdən istifadə xidməti
  • İlk tibbi yardım xidməti
  • Qarşılama və yola salma
  • Maşın kirayəsi
  • Baqajların saxlanılması
  • Müxtəlif turlar və ekskursiyalar xidməti
  • Visa dəstəyi