Next Step İnnovasiya Mərkəzi xəritədə

Next Step İnnovasiya Mərkəzi

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 20 AZ1000 *** 2 səs

Next Step İnnovasiya Mərkəzi haqqında

“Next Step” İnnovasiya Mərkəzi 15 may 2015 – ci il tarixində tərəfində təsis edilmişdir. Mərkəz Azərbaycan Dövlət Neft Akademiyasının binasında fəaliyyətə başlamışdır. Akademiya tərkibində başlamaqda məqsədimiz elmi-tədqiqatla biznes dünyası arasında olan əlaqələri genişləndirmək, tələbələrin innovativ layihələrinə dəstək olmaq və onların dünya biznes arenasında iştirakını təmin etməkdən ibarətdir.

Next Step İnnovasiya Mərkəzi

“Next Step” İnnovasiya Mərkəzi fəaliyyətə başladığı gündən etibarən öz qapılarını bütün vətəndaşlarımızın üzərinə açmışdır. Yeni ideyası olan, elmi-tədqiqatda nəaliyyət əldə edən, dünyaya öz töhvəsini vermək istəyən istənilən şəxsin layihəsini qəbul etməyə, dəstək verməyə və reallaşdırmağa daima yardım göstərmək üçün fəaliyyətə başlamışdır.

Next Step İnnovasiya Mərkəzinin Missiyası

Next Step” İnnovasiya Mərkəzinin qurulmasında əsas məqsəd ölkəmizdə olan istedadlı, yenilik etmək istəyən, texnoloji sahədə bir ilkə imza atmaq istəyən gənclərin ortaya çıxarılması, layihələrinə maddi və mənəvi dəstəyin verilməsindən ibarətdir. Mərkəzin misyası layihələrin ölkəmizin hüdudlarından kənarda təqdim olunmasına, Silikon Vadisinə daşınmasına və Azərbaycanın milli məhsulu olaraq tanıdılmasına xidmət etməkdir.