Neftçala Rayon İcra Hakimiyyəti xəritədə

Neftçala Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Neftçala, 34 AZ4700 *** 1 səs

Neftçala Rayon İcra Hakimiyyəti haqqında

Neftçala rayonu Kür çayının Xəzər dənizinə töküldüyü yerdə, qədim karvan yolunun üzərində yerləşir. Qədim zamanlarda şaxtalı qış günlərində xanlığın yaxınlıqdakı dağlıq ərazisində yerləşən qoyun sürülərini qışlamaq üçün buraya sürüb gətirərdilər. Bu səbəbdən həmin yerləri Xanqışlağı (xanın qışladığı yer).Şəhərin müasir adı zəngin neft və qaz yataqları ilə bağlıdır. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir: burada ceyran və qutan, sığın yaşayır, habelə nərə balıqları var. Burada nərə balıqlarının artırılması üzrə Kür eksperimental zavodu yerləşir və burada həmin balıq növü laboratoriya şəraitində yetişdirilir və bu qiymətli növün ehtiyatlarının artırılması məqsədilə Kür çayına tökülür. Flora və faunası zəngin olan Qızılağac qoruğunun əsas hissəsi bu rayonun ərazisində yerləşir.

Neftçalanın tarixi

Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqlarınqoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır.

Rayonun inzibati mərkəzi olan Neftçala şəhəri Kür çayının mənsəbinin yaxınlığında yerləşir. Şəhərdə Mədəniyyət Evi, diyarşünaslıq muzeyi və rəsm qalereyası var. Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizə aparan şair Xəlil Rza Ulutürk bu torpaqda anadan olmuşdur. Rayonda sənaye müəssisələrindən balıq kombinatı, yod-brom kombinatı, nərə balıqlarının yetişdirilməsi üzrə eksperimental zavod yerləşir. Rayonda nanə, biyan, qatırquyruğu, itburnu, çobanyastığı və digər dərman bitkiləri yetişdirilir.Rayon mərkəzindən 10 km məsafədə Kürün Xəzər dənizinə töküldüyü yerdə, qeyri-adi mənzərə müşahidə olunur: Kürün suları dəniz suyundan ideal xətlə ayrılır, elə bil ki, bu nazik xətt müxtəlif suların qarışmasına imkan vermir. Kürkosa adası balıq ovu üçün gözəl yerdir.