Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi xəritədə

Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi

Sumqayıt, Səməd Vurğun küçəsi, 118 AZ5004 *** 0 səs

Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi haqqında

Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur.1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır.1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993-2005–ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.

"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsinin fəaliyyəti

2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir.Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür.İSO 9001-2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır.Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır.Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir.12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.

"Neftqazavtomat" EİM-in əsas sifarişçiləri və tərəfdaşları 

  • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti;
  • "Salyan OYL" MMM;
  • "Şirvan OYL" BMMM;
  • "Azəriqaz" SC;
  • "Azərkimya" Dövlət Şirkəti;
  • "Urenqoyqazprom" MMC (Rusiya);
  • BP;
  • Emerson Process Management şirkəti (Fisher Rosemount, Daniel Measurement & Control, Control Techniques, Intellution);
  • "LUKOYL-Azərbaycan" neft kompaniyası;
  • "RNGS-Azərbaycan" BM.

Neftqazavtomat" EİM-in  əsas fəaliyyət istiqamətləri

  • Xüsusi təyinatlı məmulatların yaradılması və istehsalı
  • Neft, qaz, kimya və energetika sənayesi sahələrində proseslərin avtomatlaşdırılmış məlumat-nəzarət idarəetmə sistem və vasitələrinin layihələndirilməsi, işlənməsi, tətbiqi, sistemlərin komplektləşdirilməsi və göndərilməsi, quraşdırma, sazlama-işəsalma işləri, metroloji təminat, treyninq, diaqnostika

Neftqazavtomat EİM-in Mülki məhsulları

  • "ARAZ" intellektual idarəetmə proqram-texniki kompleksi
  • "NUR" telemexanika kompleksi
  • "TURAN" mədən geofiziki laboratoriyası
  • Mancanaq dəzgahının idarəetmə stansiyası
  • Səyyar intellektual dinamometriya qurğusu
  • Dərin dəniz özüllərində neftçıxarma proseslərinin lokal və mərkəzləşdirilmiş telenəzarət sistemləri
  • Qazlift üsulu ilə neftçıxarmanın avtomatlaşdırılmış idarəetmə sistemləri
  • Dərinlik nasoslu avadanlıqlarla təchiz edilmiş neft mədənlərinin avtomatlaşdırılmış nəzarət sistemləri
  • Qazturbin elektrik stansiyası və kompressor stansiyalarının avtomatlaşdırılmış nəzarət sistemləri
  • Neft quyularına mərkəzləşdirilmiş nəzarət sistemi
  • Neft və qaz quyularının geofiziki tətbiqi üçün aparatura
  • Neft bazalarında idarəetmə və ölçü sistemləri
  • Neft mədənlərinin analitik laboratoriyalarının metroloji attestasiyaya hazırlanması və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə birlikdə attestasiyanın keçirilməsi
  • Terminalda qazın qəbul, tənzimləmə və ölçmə qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemi
  • Səmt qazının ölçmə qovşağına metroloji və texniki xidmət