Nəbz Tibb Mərkəzi xəritədə

Nəbz Tibb Mərkəzi

Bakı, Nizami rayonu, Qara Qarayev prospekti, 31 AZ1000 *** 2 səs

Nəbz Tibb Mərkəzi haqqında

Müstəqil Azərbaycanda özəl Səhiyyə müəssisələri gün-gündən inkişaf edir. Bu gün özəl sektora geniş yer verilməsi ilə yanaşı ona böyük inam var. Belə inam və etimadları doğruldan mərkəzlərdən biri də 2004-cü ilin fevral ayında fəaliyyətə başlayan "Nəbz " Tibb Mərkəzidir. "Nəbz" Tibb Mərkəzi əhaliyə ambulator müayinə və müalicə xidmətləri göstərir. Klinikamız müasir tibbi texnologiyanın son sözü olan avadanlıqlarla təhciz olunmuşdur, laborator diaqnostika avropa stadartlarına cavab verən ən nüfuzlu şirkətlərin reagent və reaktivləri ilə aparılır. "Nəbz " Tibb Mərkəzində çalışan həkimlər və orta tibbi personal Azərbaycanda və xarici ölkələrdə vaxtaşırı təkmilləşmə kurslarından keçir. Bizim klinikamızda Siz tibbin bir cox istiqamətlərində müasir ixtisaslı tibbi yardım ala bilərsiniz.

Laboratoriya

Nəbz klinikasinin laboratoriya şöbəsində 300-dən artıq geniş spektrli müxtəlif testlər aparılır:

  • Ümumi kliniki laborator müayinələr
  • Biokimyəvi müayinələr
  • Hormonal diaqnostika
  • Onkomarkerlər
  • İnfeksion xəstəliklərin İFA və PZR vasitəsilə diaqnostikası
  • Hematoloji müayinələr
  • İmmunoloji müayinələr
  • Mikrobioloji müayinələr
  • Histoloji və sitoloji müayinələr

Müasir avtomat laborator cihazlar, dünya səviyyəsində tanınmış firmaların reaktiv və test-sistemlərinin istifadəsi, yüksək kvalifikasiyalı təcrübəli mütəxəssislər nəticələrin dəqiq və vaxtında alınmasını təmin edir.Rahat prosedur kabineti, təcrübəli tibb bacıları tam olaraq sizin xidmətinizdədir. Hər bir pasiyent qangötürmənin vakuum sistemi sayəsində istədiyi müayinə üçün tez və ağrısız qan verə bilər. Bir çox analizlərin cavabını elə həmin gün klinikadan almaq olar, həmçinin pasiyentin istəyindən asılı olaraq cavablar faksla və ya elektron ünvanına da göndərilə bilər.)

Müayinə

  • Usm 4D
  • Rentgen
  • Kompüter tomoqrafiyası
  • EKQ
  • EEQ Elektroensefaloqrafiya
  • Qastroskopiya
  • Kolposkopiya
  • AD Monitorinq
  • Exo KQ
  • Doppler