Neapol Hotel xəritədə

Neapol Hotel

Bakı, Abşeron rayonu, Sumqayıt şossesi, 14 АZ1000 *** 1 səs

Neapol Hotel haqqında

Neapol oteli Bakı - Sumqayıt şossesinin 14-cü km-də yerləşir. Bakı şəhərindən aralı və həmin zaman şəhərin kommersiya və sosial rayonlarının arasında rahat yerləşməsi, Neapol oteli qonaqlar üçün çox sərfəli və munasib edir.Ən populyar otellərdən biri sayılan Neapol oteli müasir dizaynda tikilmiş 3-mərtəbəli, yüksək standartlara cavab verən 26 rahat otel nömrələr, sauna və qış hovuzu, yay barı, Jakuzzi ilə və balaca uşaqlar üçün ayrıca yeri olan Neapol hovuzu, 24 saat mühafizə xidməti, çamaşırxana və mühafizə olunan maşın dayanacağından ibarətdir. Burada Sizi Baş Aşpazımızın təklif etdiyi müxtəlif mətbəxlərin incəlikləri, yüksək səviyyəli servis, qulluğunuzda daima hazır olan gülərüzlü personal, rahat və gözəl şərait, müxtəlif şou proqramlar, münasib qiymətlər, avtobus və taksi xidməti, 24 saat fəaliyyət göstərən biznes və konfrans zalı gözləyir. Neapol oteli hər zaman Sizin xidmətinizdədir.

Otelin xidmətləri

  • Restoran (Azərbaycan, Türk və Avropa mətbəxləri)
  • 24 saat fəaliyyət göstərən biznes və konfrans zalı (40 nəfərlik)
  • Yay barı
  • Qış barı
  • Açıq hovuz
  • Bağlı hovuz
  • Sauna (24 saat)
  • 24 saat fəaliyyət göstərən otaq servisi
  • Avtobus və taksi xidməti
  • Paltar yuma və ütüləmə
  • Mühafizə olunan maşın dayanacağı
  • Avtomobil yuyulması
  • Bələdçi xidməti