NB Group Zavod xəritədə

NB Group Zavod

Bakı, Xəzər rayonu, Albalılıq qəsəbəsi, Zavod küçəsi, 2 AZ1093 *** 1 səs

NB Group Zavod haqqında

NB Qrup ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik surətdə inkişaf edən şirkətdir. Kimya Sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitər, plastik və metal qabların istehsalını həyata keçirir. «NB Qrup» un strategiyası yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri formalaşdıraraq, müştərilərinin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır. Şirkət bütün fəaliyyətini beynəlxalq standartlar, Keyfiyyətin Təmin olunması, Ətraf Mühitin və Ekologiyanın qorunması, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin tələblərinə uyğun qurub.

NB Qrupun fəaliyyəti

“NB Qrup” ASC-nin əsası 2004-cü ildə qururlub. 26 ha ərazini əhatə edən şirkətin tərkibində 10 zavod fəaliyyət göstərir. Almaniya, Türkiyə, İtaliya istehsalı olan müasir, ən son avadanlıq, rəqəmsal texnologiyalarla təchiz edilmiş müəssisə, 2008-ci ildə istehsal prosesinə başlayıb.
İstehsal olunan məhsulların keyfiyyəti Mərkəzi Laboratoriyada yoxlanılır, Standartlaşdırma və Keyfiyyətə Nəzarət Departamenti tərəfindən monitorinq edilir. Birliyin tərkibindəki zavodların fəaliyyəti və istehsal proseslərinin idarə olunması Beynəlxalq Standartlara-TS-EN-İSO 9001:2000 Keyfiyyəti İdarəetmə Sisteminin, TS-EN-ISO 18001:2004 Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin və TS-EN-ISO 14001:2004 Ekologiya İdarəetmə Sisteminin Standartlarına uyğun olaraq aparılır və reallaşdırılır.

Müasir Dünyanın ən son texnoloji yeniliklərini tətbiq etməklə, NB Qrup fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi ”nin qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışır.“NB Qrup” təkcə istehsal sahəsində dəyər yaratmır, həm də qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.

Mərkəzi laboratoriya

Mərkəzi Laboratoriya Avropa istehsalı olan müasir avadanlıqlar və kimyəvi reaktivlərlə təchiz edilmişdir. Laboratoriyanın nəzdində ixtisaslaşmış 4 köməkçi laboratoriya fəaliyyət göstərir. Laboratoriyada analizlər təcrübəli mütəxəssislər tərəfindən Azərbaycan Respublikası Dövlət Standartı və Beynəlxalq (İSO, ASTM, QOST, və TS) Standartlar əsasında aparılır. Laboratoriyada həm, istehsalat üçün lazımı xammallar,piqmentlər, doldurucular, monomerlər və.s, həm də xammaldan hazırlanan məhsullar analiz edilir,yoxlanılır və uyğunluq sertifikatları tərtib olunur.