Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi xəritədə

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi

Naxçıvan MR, Əziz Əliyev küçəsi, 20 AZ7000 *** 0 səs

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi haqqında

Naxçıvan Şəhər Məhkəməsi birinci instansiya məhkəməsi kimi Naxçıvan şəhərinin ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Naxçıvan Şəhər Məhkəməsinin yaradılması

Naxçıvan Şəhər Məhkəməsi 1937-ci il tarixdən fəaliyyətə başlamış və ilkin adı Naxçıvan Şəhər Xalq Məhkəməsi olmuşdur. Naxçıvan Şəhər Məhkəməsi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 20-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Bundan başqa, Naxçıvan Şəhər Məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Məhkəmənin fəaliyyəti

Naxçıvan Şəhər Məhkəməsində sədr də daxil olmaqla, 3 hakimin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Məhkəmənin yurisdiksiyası Naxçıvan şəhərinin ərazisinə şamil edilir. Hal-hazırda Naxçıvan şəhərinin ərazisi 191,57 kv.km, əhalisinin sayı isə 85.587 (01.07.2011) nəfər təşkil edir. Naxçıvan şəhəri ərazisində 5.051 nəfər qaçqın və 970 məcburi köçkün yaşayır. Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir. O, Naxçıvan çayının sağ sahilində, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvan əsrlər boyu dəfələrlə dağılmış, lakin hər dəfə yenidən qurulmuşdur. XII-XIII əsrlərdə Naxçıvan Eldəgizlər dövlətinin paytaxtı olmuşdur. XIX əsrin ortalarından başlayaraq Azərbaycan Rusiyanın tərkibinə daxil olana qədər Naxçıvan şəhəri Naxçıvan xanlığının paytaxtı olmuşdur. 1924-cü ilin fevral ayında isə o, Naxçıvan Muxtar Respublikasının paytaxtına çevrildi.