Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti xəritədə

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti

Naxçıvan MR, Əziz Əliyev küçəsi AZ7000 *** 1 səs

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında

Naxçıvan Muxtar Respublikası ərazisində miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir.Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti

Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.
Belə ki, öz fəaliyyətləri çərçivəsində həyata keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir.Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların muxtar respublika ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir.