Naxçıvan MR Hərbi Məhkəməsi xəritədə

Naxçıvan MR Hərbi Məhkəməsi

Naxçıvan MR, 49-cu məhəllə AZ7000 *** 0 səs

Naxçıvan MR Hərbi Məhkəməsi haqqında

Naxçıvan MR Hərbi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Naxçıvan MR Hərbi Məhkəməsinin yaranması

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi 1992-ci il may ayının 27-də “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 11 avqust tarixli 266 saylı qərarı ilə Naxçıvan Qarnizonunun Hərbi Tribunalı yaradılmışdır. 2000-ci il iyun ayının 01-dən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi adı altında fəaliyyət göstərən bu məhkəmə 2007-ci ilin iyun ayınadək birinci instansiya məhkəməsi qismində işlərə baxmaq səlahiyyətinə malik idi.

Məhkəmənin fəaliyyəti

2007-ci il iyun ayının 16-dan Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin yurisdiksiyasını Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi həyata keçirməyə başlamışdır.Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Naxçıvan şəhəri
2. Babək rayonu
3. Culfa rayonu
4. Kəngərli rayonu
5. Ordubad rayonu
6. Sədərək rayonu
7. Şahbuz rayonu
8. Şərur rayonu