Naxçıvan MR Dövlət Qulluğu Məsələləri üzrə Komissiya xəritədə

Naxçıvan MR Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Naxçıvan MR, Cəlil Məmmədquluzadə küçəsi, 23 AZ7000 *** 1 səs

Naxçıvan MR Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli 118-III FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq edilmişdir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın məqsədləri

Komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.Bu məqsədlərin həyata keçirilməsi ilə əlaqədar Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarını yerinə yetirir.

Komissiya eləcə də, dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü 28.1-ci və 28.2-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir, ondan səmərəli istifadə olunmasını təmin edir və Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirir.Komissiya 22 noyabr 2010-cu il tarixində Naxçıvan şəhərində fəaliyyətə başlamışdır və hal-hazırda Naxçıvan şəhər C. Məmmədquluzadə 23 ünvanında yerləşir.