Narın Qala Turizm Mərkəzi xəritədə

Narın Qala Turizm Mərkəzi

Şəki AZ5500 *** 0 səs

Narın Qala Turizm Mərkəzi haqqında

Sizin istifadənizə Qafqaz dağlarının ətəyində, şam meşəsində dəniz səviyyəsindən 1050 m. hündürlükdə olan ərazidə 20 ev şəraitli 1,2,3 və 4 otaqlı kotteclər verilir. Hər bir kottecdə isti və soyuq suyu olan hamam, bütün ləvazimatı ilə mətbəx, sanitariya qovşağı, soyuducu, peyk antenalı televizor, daxili telefon qovşağı, kottecinizin yanında avtomobiliniz üçün yer, uşaqlarınızın əylənməsi üçün xüsusi köşklər vardır. Restoranda Siz istədiyiniz yeməkləri sifariş verə bilərsiniz. 8 yaşına qədər uşaqların istirahət zonasında yaşamağı və səhər yeməyi pulsuzdur. Axşamlar isə Sizin iştirakınızla şou proqramlar təşkil edilir.

Bizim əməkdaşlarımız Sizi Muştaq təxəllüsü ilə şeirlər yazan Şəki xanı Hüseynxan tərəfindən 1762-ci ildə tikilən, dünyada öz orijinallığı ilə yeganə olan Xan sarayı ilə, böyük mütəfəkkir M.F.Axundovun ev-muzeyi və diyarşünaslıq muzeyi ilə, Kiş kəndində olan qədim alban məbədi, XVIII əsrdə tikilmiş karvansara ilə və başqa tarixi yerlərlə tanış edəcəkdir.Sizə səmərəli və gözəl istirahət arzulayırıq!