Nərgiz Tibb Mərkəzi xəritədə

Nərgiz Tibb Mərkəzi

Bakı, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 11 AZ1000 *** 3 səs

Nərgiz Tibb Mərkəzi haqqında

Bakı şəhərində fəaliyyət göstərən Nərgiz təbii üsullarla müalicə mərkəzi 2006 – ci ildən sizin xitmətinizdədir.. Bu müddət ərzində paytaxtın tibb mərkəzləri arasında çox böyük nüfuz qazanmışdır. Nərgiz təbii üsullarla müalicə mərkəzinə müraciət edən xəstələrin sayı gündən-günə artır. Azərbaycan Respublikasının bütün bölgələrindən tibb mərkəzinə müraciət edirlər. Nərgiz təbii üsullarla müalicə mərkəzində mütamadi olaraq İRANdan gələn həkimlər sizlərə müxtəlif tibbi sahələrdə xidmət göstərir.Nərgiz təbii üsullarla müalicə mərkəzində ən müasir diaqnostik cihazların və laborator analizlərin köməyi ilə xəstəliklərin dəqiq diaqnozu qoyulur. Bizim fəaliyətimizin əsas prinsipi xəstələrə təbii bitkilərlə yüksək səviyyəli tibbi xidmət göstərməkdir.

Nərgiz klinikasının fəaliyyəti

Nərgiz təbii üsullarla müalicə mərkəzində yüksək ixtisaslı professor, tibb elmləri namizədi, ali dərəcəli həkimlər fəaliyyət göstərir.. Nərgiz təbii üsullarla müalicə mərkəzində çalışan yüksək ixtisaslı həkimlər effektiv müalicə üsullarından olan plazmafarez, ozonoterapiyadan istifadə edərək xəstəlikləri dəqiq müalicə edirlər. Nərgiz təbii üsullarla müalicə mərkəzində ən müasir texnologiya olan hidrokolonterapiya üsulundan istifadə etməklə mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri effektiv müalicə olunur. Bu metodun köməyi ilə orqanizm, xüsusən, mədə-bağırsaqlar təmizlənir, ona görədə arıqlama və orqanizmin cavanlaşması proqramını həyata keçirmək üçün hidrokolonterapiyadan istifadə olunur.

Bir sıra ginekoloji xəstəliklərin, həmçinin, immun mənşəli sonsuzluqların müalicəsində tibb mərkəzi böyük nəaliyyətlər qazanmışdır. Nərgiz təbii üsullarla müalicə mərkəzi şəkərli və şəkərsiz diabetin və qadınlarda klimakterik nevrozun ən müasir üsullarla müalicə aparılır. Bizim tibb mərkəzində yüksək professional səviyyədə venaların varikoz genəlməsi skreloterapiya üsulu ilə müalicə olunur. Bir sözlə, Nərgiz təbii üsullarla müalicə mərkəzi müraciət edən hər bir şəxs yüksək səviyyəli tibbi xidmət almaqla yanaşı tibb personalının qayğısı ilə əhatə oluna bilər.