Naftalan Şəhər İcra Hakimiyyəti xəritədə

Naftalan Şəhər İcra Hakimiyyəti

Şıxəli Qurbanov küçəsi, Naftalan, 1 AZ4600 *** 1 səs

Naftalan Şəhər İcra Hakimiyyəti haqqında

Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Əhalisinin ümumi sayı 01 yanvar 2012-ci il tarixə 9393 nəfər olmuşdur. Ərazisi 3572.63 hektardır. Naftalan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə 330 kilometrdir. Naftalan şəhəri 1 şəhər 2 kənddən ibarətdir.

Naftalan şəhəri haqqında

Naftalan şəhərinin əsasını Sanatoriya – Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Elmi-tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də, 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q. Məmməd Əliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və Tibb Elmlər doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.

Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSR-i Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP.MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan Kurort şəhəri kimi daha da böyümüş, maddi texniki bazası daha da möhməkmləndirilmiş və şəhərdə 480 yerlik “Mil”, 480 yerlik “Azərbaycan”, 580 yerlik “Şirvan”, 560 yerlik “Çinar”, 800 yerlik “Goran” sanatoriyası tikilmişdir.

Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də, həmin dövr ərzində şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, Hava limanı, Avtovağzal, 4 mərtəbəli Telekommunikasiya qovşağı və 9 mərtəbəli 108 yerlik mehmanxana binası tikilib istifadəyə verilmişdir.Son illər şəhərimizdə sahibkarlığın inkişafı üçün yeni kurort müalicəxanalarının yaradılması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir. Şəhərdə iş adamları tərəfindən inşa olunmuş “Şəfa vannaları”, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan”, “Sehirli Naftalan”, “Qaşaltı” və “Chinar hotel & spa Naftalan” kimi müasir tələblərə cavab verən istirahət və sağlamlıq mərkəziləri fəaliyyət göstərir.