Naf Naf xəritədə

Naf Naf

Bakı, Səbail rayonu, Nizami küçəsi, 48 АZ1000 *** 1 səs

Naf Naf haqqında

Fransiz geyim markası "NAFNAF" brendinin adı ingilis uşaq nağılından götürülüb. "NAFNAF" şirkətinin 1973-cü ildə hələ o vaxt "İnfluence" adı ilə Fransada Patrik Partyant və Jerar Partyant tərəfindən yaradılıb. Bir müddət sonra şirkətin adı dəyişərək "NAFNAF" (balaca qardaşını uşaqlıqda belə adlandırırdılar) oldu. Bugünki brend geyimin tarixi beləcə başladı. Gənclər üçün nəzərdə tutulmuş ilk kolleksiyasını yarandığından 5 il sonra təqdim etdi. Kolleksiya tam təsadüf nəticəsində yaranmışdır, belə ki, kombinezonlar səhv yuyulma nəticəsində "bişirilmiş" görkəmi aldı. Kombinezonları məhv etmək istərkən bir topdan satış alıcısının diqqətini cəlb edir və bu görünüşlü kombinezonlar onda maraq oyatdı. Məhz bu kombinezonlar gözlənilməyən uğur gətirdi. "NAFNAF" geyimləri ilk növbədə başıküləkli və uşaq xasiyyyətli gənclər üçün nəzərdə tutulub. Yetəri qədər müştəri və uğur qazanaraq "NAFNAF" sərhədlərini genişləndirmək qərarına gəldi. Mağazalar artıq Fransadan başqa yerlərdə də açılmağa başladı ki, müştərilərinin etimadını qazanaraq daha çox şöhrət gətirməyə başladı. Mağazalarda satılan çeşidlər öklərinin iqlim şəraitinə və geyim ənənələrinə müvafiq yığılır. 1985-ci ildən başlayaraq "NAFNAF" istehsal etdiyi mhsulların çeşidini artırmağa və aksessuarlar istehsal etməyə başladı. Daha sonra çanta, kəmər, gün eynəkləri satışa çıxarmağa başladı. Bir neçə il sonra, 1987-ci ildə "NAFNAF" böyük maraq qazanmış özünün yeni məhsulu tükdən (lələklərdən) hazırlanmış gödəkçələrini istehsal edib. 1991-ci ildə isə "NAFNAF"-ın müxtəlif modeldə alt geyimləri və çimərlik geyimi, tekstil məhsullar və parfümeriya qismində çeşidləri daha genişləndirməyə başladı.