Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası xəritədə

Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası

Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 98 AZ1014 *** 2 səs

Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası haqqında

Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.Akademiya 1922-ci ildə yaradılıb.
BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır.

Akademiyanın yaradılması

Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası (1995-ci ilə qədər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası) 1921- ci ildə yaradılmışdır. Respublikamızın qocaman ali təhsil ocaqlarından olan konservatoriyanın təşkilində dahi bəstəkar Ü. Hacıbəyovun böyük xidmətləri olmuşdur. 20-ci illərdə konservatoriyanın 6 şö’bösi var idi: fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və şərq şö’bösi. Konservatoriyada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər, nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansamblı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında BMA-nın müstəsna rolu vardır.

Müxtəlif illərdə akademiyada tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar – Ü. Hacıbəyov, Bülbül, Ş.Məmmədova, B.Karaqiçeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç, Q.Qarayev, S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov, P.Brener, R.Atakişiyev, E.Səfərova və b. işləmişdir.BMA-nın bugünkü fəaliyyəti iki əsas prinsipə: Ü.Hacıbəyov ən’ənələrinə sədaqət və daimi tərəqqiyə, .söykənir.Hal-hazırda akademiyanın müəllimləri arasında C.Hacıyev, A.Məlikov, T.Quliyev, X.Qasımova, S.Ələsgərov, X.Mirzəzadə, F.Bədəlbəyli, V.Adıgözəlov, A.Rzayev, A.Babayev, R.Quliyev və başqa görkəmli musiqiçilər fəaliyyət göstərir. Hal-hazırda BMA-da 19 kafedranı birləşdirən 4 fakultə mövcuddur: fortepiano, ifaçılıq, tarix və nəzəriyyə, İAF. Təhsil Azərbaycan və rus dillərindədir.

İxtisaslar

  • fortepiano
  • orqan, klavesin
  • skripka
  • violo
  • violonçel
  • kontrabas
  • fleyta
  • qoboy
  • klarnet
  • faqot
  • valtorna
  • truba
  • trombon
  • tuba
  • arfa
  • zərb alətləri
  • tar, kamança
  • klassik vokal
  • xanəndəlik
  • musiqişünaslıq
  • bəstəkarlıq
  • dirijorluq

BMA-nın nəzdində opera studiyası, onbirillik məktəb-studiya, kitabxana, səsyazma kabineti, tələbə elmi cəmiyyəti, iki elmi laboratoriya ("Qədim musiqi alətlərinin bərpası və təkmilləşməsi" və "Şifahi ən’ənəli Azərbaycan musiqisinin tədqiqi problemləri"), aspirantura şö’bəsi, ixtisasartırma fakültəsi vardır. 1991-ci ildən BMA-nın Şuşa filialı fəaliyyət göstərir. Akademiyada hal-hazırda 315 müəllim, o cümlədən 7 elmlər doktoru, 49 professor, 52 dosent, 58 elmlər namizədi işləyir. BMA-da Mülki Müdafiə kursu fəaliyyət göstərir. BMA zəmanəmizin bir çox ali musiqi təhsili ocaqları ilə səmərəli əlaqələr yaratmışdır. BMA-nın mə’zunları tə’yinatla Mədəniyyət və Təhsil Nazirliyi sisteminə göndərilir.