Music Gallery Nərimanov r. xəritədə

Music Gallery Nərimanov r.

Bakı, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 118 A AZ1052 *** 2 səs

Music Gallery Nərimanov r. haqqında

MusicGallery şirkəti 1993-ci ildə yaradılmışdır və hal-hazırda müasir formatlı evləri məişət texnikası və elektronika ilə təchiz edən ticarət şəbəkəsinin ən qabaqcıl mağazalarıdır.Hal-hazırda MusicGallery özündə nadir mal çeşidlərini, yüksək keyfiyyət, əla servis və cəlbedici qiymətləri birləşdirir.Şirkətin məqsədi – Bakıda və Azərbaycanda məişət texnikası və elektronika, peşəkar işıq və audio avadanlığının milli mağazalar şəbəkəsi kimi məşhurlaşmaq və bu sahədə böyük nailiyyətlər əldə etməkdir. Bu məqsədə isə yüksək səviyyəli xidmət göstərmək, rahatlığı və qüsursuz keyfiyyəti qiymətləndirən hər bir müştəriyə fərdi yanaşmaq sayəsində nail olmaq mümkündür.Yamaha-nın Azərbaycanda rəsmi nümayəndəsi kimi şirkət topdan və pərakəndə musiqi alətlərinin və peşəkar işıq və audio avadanlığının satışı istiqamətini təmsil edir.

MusicGallery şirkətinin fəaliyyəti

Şirkət iki əsas istiqamətli malları təklif edir: evdə rahatlıq və əyləncə yönümlü mallar.Əyləncə yönümü Azərbaycanda ən böyük çeşiddə təqdim edilir: televiziya texnikası, foto və videotexnika, kompüterlər və onun dəst hissələri, ev audiosu və əlaqə vasitələri.Rahatlıq üçün olan mallar dairəsi iqlim texnikasından, iri məişət texnikasından, soyuduculardan, mətbəx dolab texnikasından və paltaryuyan maşından, mətbəx və ev üçün xırda məişət texnikasından, gözəllik və sağlamlıq mallarından ibarətdir.MusicGallery mağazaları – yeni texnikanın daimi fəaliyyətdə olan sərgisi, hər bir müasir evin zəruri atributu olan məşhur malların canlı kataloqudur.

Musiqi Aləti Mağazaları

MusicGallery təzə başlayanlar və peşəkarlar üçün 200 addan da çox musiqi alətləri təklif edir. Bizim mağazalar şəbəkəsində akustik və elektron, klavişli, simli, zərb və nəfəsli alətləri almaq olar.Biz uşaqları və böyükləri musiqi yaradıcılığana cəlb etməklə, onlarda ətraf aləmin ahəngdar inkişafını qavramağa köməklik göstərməyə çalışırıq.

Topdan və korporativ satışlar

Music Gallery şirkətin əsas fəaliyyət növlərindən biri korporativ və topdansatış müştərilər ilə işin qurulmasıdır. Məqsəd – korporativ ve topdansatış müştərilərin tələbatlarını maksimal keyfiyyətlə ödəmək, məişət və elektronika avadanlığın əldə edilməsi və xidmət göstərilməsində tam və ya fərdi şəkildə yanaşmanı təqdim etməkdir.Bizim korporativ və topdansatış müştərilərimizin malların sayı qədər və ödənilməsi daxil olmaqla xüsusi şərtlər əsasında malları əldə etmək imkanları vardır. Biz çalışırıq müştəriyə yüksək keyfiyyətli malları təqdim etməklə yanaşı, o cümlədən də xidmətlərin tam paketini, ona daxil olan hər hansi bir modelin seçimində məsləhətin verilməsi, malların çatdırılması və peşəkar xidmətin göstərilməsini, təqdim etmək.