Şağan bələdiyyəsi xəritədə

Şağan bələdiyyəsi

Bakı, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, 17 AZ1076 *** 1 səs

Şağan bələdiyyəsi haqqında

Şağan bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyədir.Şağan bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 2009-cu il respublika siyahıyaalınmasının nəticələrinə görə qəsəbədə 3800-ə yaxın əhali qeydə alınıb.Şağanda bir sıra dəyərli tarixi-memarlıq abidələri qeydə alınıb. Bunlardan XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı, tarixi 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ciillərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), sayı 40 olan sərdabələri (amanat qəbirlər) qeyd etmək olar.

Şağanın tarixi

Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır. Arxeoloji qazıntıların nəticələrindən məlum olmuşdur ki, hələ e.ə.3000 il əvvəl bu ərazidə əhali məskunlaşmışdır. Yaşayış məskəninin Banağan adlanan sahəsində tunc dövrünə aid müxtəlif qayaüstü təsvirlər, o cümlədən astral dünyabaxışını özündə ehtiva edən Günəş, Ay, yerin cəhətləri, kainat simvolları, təsərrüfat və məişət əşyalarının təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir. XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də ərazisi xeyli genişlənmişdir. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox həqiqətə uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır.