Sahil bələdiyyəsi xəritədə

Sahil bələdiyyəsi

Bakı, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 9 AZ1083 *** 1 səs

Sahil bələdiyyəsi haqqında

Sahil bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Qaradağ rayonunda bələdiyyə.Sahil bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Sahil qəsəbəsi Qaradağ rayonun ikinci böyük qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949- cu ildə Sement zavodunun tikintisi ilə əlaqədar olmuşdur. Belə ki, Keşlə qəsəbəsində yerləşən Sement zavodu şəhərin mərkəzinə yaxın olduğundan qərara alınmışdır ki, bu zavod Qaradağ dəmir yolu stansiyasının yaxınlığına köçürülsün. Zavodun tikintisi və gələcəkdə fəaliyyət göstərməsi ilə əlaqədar dənizin kənarında ilk evlər tikilmişdir.
Sahil qəsəbəsində 1949- cu ilə qədər balıq vətəgəsi olub. 1949- cu ildə əsası qoyulmuş Sement zavodunun 1951- ci ildə 1- ci və 2- ci texnoloji xətt işə düşüb. Qəsəbənin təşkil olunduğu taix 1951- 52- ci illərdir.

Bələdiyyələr haqqında

Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır.Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir

Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində 15 bələdiyyə qrumu formalaşmışdır. Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.