Səbail rayon bələdiyyəsi xəritədə

Səbail rayon bələdiyyəsi

Bakı, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 93 AZ1000 *** 1 səs

Səbail rayon bələdiyyəsi haqqında

Səbail bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Səbail rayonunda fəaliyyət göstərir.Səbail bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən Səbail rayonu mərkəzi rayondur. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir.
Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır.

Səbail rayonu haqqında

Səbail – Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2-2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234/35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.

Xalq arasında "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-i Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur.

Səbail rayonunu, mübaliğə etmədən, tarix və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayonun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. İçərişəhər Azərbaycanda mövcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş tarixi abidələrindən ən möhtəşəmidir. İçərişəhərin min ildən çox yaşı var. Onun başlıca abidəsi – dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi-memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır.