Masazır qəsəbə bələdiyyəsi xəritədə

Masazır qəsəbə bələdiyyəsi

Əliağa Vahid küçəsi, Masazır qəsəbəsi, Abşeron rayonu, 1 AZ1016 *** 0 səs

Masazır qəsəbə bələdiyyəsi haqqında

Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan Ə.Vahidin abidəsi qoyulmuşdur. Hazırda 8 qrupluq yeni uşaq bağçasının tikintisi üçün hazırlıq işləri gedir.

Bələdiyyələr haqqında

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Bələdiyyənin fəaliyyət sahəsi

- Yerli vergilər və ödənişlərin müəyyən edilməsi
- Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi
- Yerli iqtisadi proqramların qəbul və icra edilməsi
- Yerli ekaloji praqramların qəbul və icra edilməsi.
- Masazırda özünün təbii sərvəti olan xörək duzu ilə məşhurdur.
- Müxtəlif sahələri ahatə edən istehsal sahaləri vardır və hal-hazırda fəaliyyət göstərirlər.