Qızıldaş qəsəbə bələdiyyəsi xəritədə

Qızıldaş qəsəbə bələdiyyəsi

Bakı, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi AZ1071 *** 1 səs

Qızıldaş qəsəbə bələdiyyəsi haqqında

Qızıldaş qəsəbəsinin bünövrəsi 1945-46-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yardılmışdır. 1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.

Bələdiyyələr haqqında

Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.