Kürdəxanı bələdiyyəsi xəritədə

Kürdəxanı bələdiyyəsi

Bakı, Kürdəxanı, Sabunçu rayonu, Məşədi Adil küçəsi, 1 AZ1059 *** 1 səs

Kürdəxanı bələdiyyəsi haqqında

Kürdəxanı bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu rayonunda bələdiyyədir.Kürdəxanı bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.
Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər."Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Kürdəxanının tarixi

Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.

"Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məhfum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.