Xətai rayon bələdiyyəsi xəritədə

Xətai rayon bələdiyyəsi

Bakı, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 21 AZ1142 *** 1 səs

Xətai rayon bələdiyyəsi haqqında

Xətai bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonunda fəaliyyət göstərir.Xətai bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.
Xətai Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.

Xətai bələdiyyəsinin fəaliyyəti

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu, maliyyələşməsi, onların əmlakı, torpaqları, əraziləri, bələdiyyə üzvlərinin səlahiyyətləri haqqında qanunları və digər normativ sənədləri rəhbər tutan Xətai rayon Xətai bələdiyyəsi fəaliyyət göstərdiyi illər ərzində rayonun iqtisadi,sosiolojo,ekolojo problemlərinin həllində yaxından iştirak etmişdir. Belə ki, III bələdiyyə seçkilərindən keçən dövr ərzində Xətai Bələdiyyəsi sənaye rayonu olan Xətai rayonu ərazisində bir sıra işlər görmüşdür.

Bələdiyyədə 3 daimi komissiya ilə yanaşı,vergi agentlərinin işinə köməklik və nəzarət məqsədilə bələdiyyə üzvlərindən ibarət 3 (üç) müvəqqəti komissiya da yaradılmışdır. Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin səmərəli toplanması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Xətai bələdiyyəsi Xətai MKTB ilə əmlak vergisinin toplanması barədə müqavilə bağlamışdır ki, bu da öz səmərəsini verməkdədir.

Xətai bələdiyyəsi Türkiyənin Tarsus Şəhər Bələdiyyəsi ilə qardaşlıq əlaqəsini davam etdirir. Belə ki, mart ayının 17-də Tarsus Bələdiyyəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin adına əzəmətli bir körpünün açılışı olmuşdur. Həmin açılışda iştirak etmək üçün Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov cənablarının rəhbərliyi ilə rayonumuzdan Türkiyəyə gedən nümayəndə heyətinin tərkibində Xətai bələdiyyəsi də təmsil olunmuşdur.Xətai Bələdiyyəsi “Avro-Adenaur” adına qeyri-hökumət təşkilatı ilə birlikdə 138 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə “Demokratiyanı yalnız kitablardan deyil,həyatdan da öyrənmək olar” mövzusunu müzakirə etmək məqsədilə görüş keçirilmişdir.