Qobustan qəsəbə bələdiyyəsi xəritədə

Qobustan qəsəbə bələdiyyəsi

Bakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Zahid Qasımov küçəsi, 22 AZ1080 *** 1 səs

Qobustan qəsəbə bələdiyyəsi haqqında

Duvannı stansiyası 1893-94-cü illərdə yaranıb. 1901-05-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft yollanıb. 1935-37-ci illərdə ilk dəfə Duvannıda ilk kəşfiyyat neft buruğu işə salınıb.1945-49-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub.1950-54-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla).1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.

Qobustan qəsəbəsinin tarixi

Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - “Daş dövrü”nə təsadüf edir.
Mərəzə Qobustan rayonunda yerləşir, rayonun əsas magistral yolunun yaxınlığında yerləşir. Bir rəvayətə görə bu şəhərin adı ("mərəz") nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskənləşərək sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir mineral su bulağı var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəlikləirini sağaldır.

Məşhur Şıx düzü kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olmuşdur.Mərəzə qəsəbəsi 25 aprel 2008-ci ildən Qobustan şəhəri adlandırılır. Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarmişdır