Əmircan bələdiyyəsi xəritədə

Əmircan bələdiyyəsi

Bakı, Əmircan qəsəbəsi, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsi, 27 AZ1042 *** 1 səs

Əmircan bələdiyyəsi haqqında

 

Əmircan bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda bələdiyyə.Əmircan bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Əmircan Bakının qədim kəndlərindən sayılır.Sahəsi 2,6 min kvadrat km, əhalisi 30 min olan bu kənd Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Kəndin qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub.

 

Əmircanın tarixi

 

A. Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. "Əmir hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur, yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizamətdin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan xalçaları dünyada məşhur olubdur. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır.

 

Əmircan kəndin ikinci adıdır. “Əmircan” “Əmirhacıyan” sözünün təhrif olunmuş formasıdır. “Əmirhacıyan” “hacılar əmiri” deməkdir. Bir vəzifə, rütbə kimi Ərəb xilafəti zamanı meydana gəlmiş “əmir” sözünün mənası böyük, başçı, bəy deməkdir. Şirvan şahı və şeyxülislamı o vaxtlar Xilənin adlı-sanlı adamlarından olan mülkədar Əmir Nizaməddini əmirhac təyin edir. Əmir Nizaməddin XIV əsrdə bütün Bakı mahalında tanınmış, savadlı, mütərəqqi fikirli şəxslərdən idi. Əmircan adı da məhz Əmir Nizaməddinin Əmirhac titulundan meydana gəlmişdir.Kənddə qədim məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. Nizamətdin məscidi (Moltan piri) XIV əsrə aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: "Bu məscidi Əmir Nizamətdin – "Əmir həc" böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu tikdirib".