Modern Group haqqında
"Modern Group" şirkəti Bakıda spirtsiz içkilərin istehsalı ilə məşğuldur.
Şirkət haqqında
2011 ci ildə yaradılan Modern Group of Companies MMC , yarandığı gündən etibarən yüksək kadr seçimi, uzun zamanlı hədəflərin müəyyənləşdirilməsi və hədəfə çatmaq üçün səmərəliyi əsas fəlsəfəsi halına gətirən şirkətlər qrupu olaraq ölkədə qabaqcıl şirkətlərdən olmağa namizəddir.
Modern Group of Companies 18 fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda ; Meyvə Şirəsi və qazsız içki istehsalı, Tibb Mərkəzi, IT texnologiyaları xidməti, Mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək zamanlı planlarını həyata keçirmək üçün daxili müştəri ( işçilər) məmnuniyyətinə xüsusi önəm verir.
Uzun zamanlı planlara nail olmaq üçün 1, 3 və 5 illik strateji planlar həyata keçirən və addım addım hədəfə gedən yolda təkmilləşən şirkət müştərilərini varlığının səbəbkarı kimi görür və müştəri məmnuniyyətini əsas tutur.
Missiya, Vizyon, Dəyərlər
Missiya: Ölkəmizdə qeyri neft sektorunda inkişafa təkan verməklə yanaşı, insan resurslarının səmərəli istifadə olunması ilə keyfiyyət və innovasiyada daim inkişaf etmək.
Vizyon: Müştəri məmnuniyyətini əsas tutaraq ölkədə və regionda fəaliyyət göstərdiyimiz sektorlarda lider olmaq.
Dəyərlərimiz: Şəffaflıq , İnam, Məsuliyyət, Yenilikçi və Birlik
Strategiyamız:
Müştərilərin hər zaman işbirliyindən məmnun qaldığı şirkət olmaq
Zamandan və məkandan asılı olmayaraq hər zaman eyni keyfiyyətdə xidmət göstərmək
Ölkədə hər zaman inkişaf edən şirkət olmaq
İşləmək üçün hər zaman seçilən şirkətlərdən olmaq